Təhsil naziri braziliyalı senator Kristovam Buarkeni qəbul edib
Martın 4-də təhsil naziri Mikayıl Cabbarov Braziliya Senatının Elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin rəhbəri, Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Braziliyanın sabiq təhsil naziri, senator Kristovam Buarkeni qəbul edib.
Görüşdə nazir braziliyalı qonağa Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında məlumat verib. Daha sonra tərəflər Braziliya və Azərbaycan arasında təhsil sahəsində mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
