TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”
“TOPs proqramı-təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində növbəti “Açıq dərs” Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbdə keçirilib. Məktəbin müəllimləri Tahir Xəlilov və Raidə Aslanova tərəfindən “Çeviklik qabiliyyətinin inkişaf etdirilməsi” mövzusunda 4-cü sinifdə keçirilən dərsdə innovativ tədris vəsaitlərindən istifadə olunub.
Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi, British Council, Bakcell şirkəti və “İnkişaf naminə idman” ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Ümumilikdə, Bakı və Sumqayıt şəhərlərinin 36 ümumi təhsil məktəbini əhatə edən layihədən 200-dən artıq fiziki tərbiyə müəllimi yararlanır. Layihənin icrası zamanı xüsusi təlimlərdən keçmiş fiziki tərbiyə müəllimləri tədris keyfiyyətini yüksəltməyə xidmət edən “Açıq dərs”lərin tədrisinə başlayıblar. Həmçinin, ölkəmizdə ilk dəfə olaraq, fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyasının tətbiqi nəticəsində 35 000 nəfərdən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərsindən, eləcə də dərsdənkənar fəaliyyətdən faydalanır.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
