Təhsil müəssisələrində anım mərasimləri
Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Təhsilalan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkil etdiyi anım mərasimlərində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə “Xocalı-əbədi qan yaddaşımız” mövzusunda müzakirələr aparılıb, “Xocalı harayı” adlı təqdimatlar nümayiş etdirilib.
Tədbirlərdə Xocalı soyqırımını, eləcə də ermənilərin Qarabağda törətdikləri vəhşilikləri əks etdirən “Rənglərdə yaşayan Xocalım”, "Xocalı uşaqların gözü ilə" adlı sərgilərdə rəngkarlıq, qrafika, kompüter qrafikası ilə təqdim olunan əsərlər nümayiş olunub. Uşaqların ifasında faciəyə həsr olunmuş şeirlər və kompozisiyalar səsləndirilib.
Tədbirlərdən sonra iştirakçılar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
