Yeni layihənin təqdimat mərasimi
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Norveçin Roqaland Təlim və Təhsil Fondu tərəfindən həyata keçirilən "Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi" layihəsinin təqdimat mərasimi keçirilib.
Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanda peşə təhsili sahəsində həyata keçirilən islahatlara dəstək olmaq, gəmiçilik, dənizçilik, aqrar və balıqçılıq sahələri üzrə ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığı prosesinin səmərəli təşkili yollarını araşdırmaq, peşə təhsili sahəsində üçtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, işəgötürənlərin bu prosesə cəlb olunması və təhsilin məzmununun təkmilləşdirilməsidir.
Layihə çərçivəsində qeyd edilən sahələr üzrə əmək bazarının tələblərinə uyğun kurikulumların hazırlanması, mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin yüksəldilməsi və müvafiq sahələr üzrə peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında tərəfdaşlıq əlaqələrinin yaradılması əsas hədəflərdəndir.
Tədbirdə Təhsil Nazirliylinin və pilot ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri ilə yanaşı Norveçin Azərbaycandakı səfirliyinin və dövlət qurumlarının təmsilçiləri, eləcə də sahibkarlar iştirak ediblər. İştirakçılar birgə əməkdaşlığa və layihənin icrasına dair təkliflər irəli sürüblər.
Görüşdə Norveçin ilk peşə-ixtisas təhsili sistemi və bu sistem çərçivəsində dövlət-biznes əməkdaşlığı barədə məlumat verilib. Həmçinin, Azərbaycanda peşə təhsilinin mövcud vəziyyəti, bu sahənin inkişafı üçün atılacaq addımlar və prespektivlər mövzusunda müzakirələr aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
