Növbəti “Novruz mühazirəsi” keçirilib
Fevralın 24-də Qafqaz Universitetində növbəti “Novruz mühazirəsi” keçirilib.
Görüşdə Təhsil Nazirliyinin əməkdaşları, təhsil ekspertləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.
“Novruz mühazirələri”nin növbəti görüşündə Amerika Birləşmiş Ştatlarının Silikon Vadisindən dəvət edilmiş Esin Sile “Startaplar üçün Amerikadan ən yaxşı təcrübə” mövzusunda mühazirə oxuyub. Esin Sile mühazirədə startapların yaradılmasında Amerika təcrübəsini paylaşıb, innovativ təhsillə bağlı dünya təcrübəsini bölüşüb.
E.Sile mühazirəsində inkişaf edən startapların müəyyənləşdirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması, rəqabət mühitinin yaradılması, investisiyanın tapılması imkanları və sahibkarlıq fəaliyyətinin təşkili məsələlərinə toxunub. Həmçinin dünya təcrübəsinə istinad edərək Azərbaycanda bu istiqamətdə aparılan fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı öz təkliflərini verib.
Tədbirdə görüş iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, E.Sile uzun müddətdir ki, təcrübəli iqtisadçı və məsləhətçi olaraq təhsil sektorundakı müəssisə və təşkilatlarla əməkdaşlıq etməkdədir. O, innovasiya və sahibkarlıq üzrə beynəlxalq konfranslarda tez-tez çıxışlar edir.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
