“Globallab” layihəsi üzrə konfrans
Bakı Avropa Liseyində YUNESKO tərəfindən reallaşdırılan “Globallab” layihəsi üzrə konfrans keçirilib.
Konfransda Təhsil Nazirliyinin, “Microsoft Azərbaycan” təşkilatının və İTE Tədris Mərkəzinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Konfransda layihənin birinci mərhələsində əldə edilmiş nailiyyətlər və nəticələr müzakirə olunub, iştirakçı məktəblərə nominasiyalar üzrə sertifikatlar verilib.
Qeyd edək ki, Bakı Avropa Liseyi Azərbaycanda “Globallab” layihəsinin model məktəbi kimi müvafiq ideyaları həyata keçirən təhsil ocağıdır. Lisey bu statusu Təhsildə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən 2012-2014-cü illər ərzində YUNESKO-nun “Gələcək üçün təhsil layihəsi”nin 18 ölkədən olan təmsilçiləri arasında qalibi kimi qazanıb. 2015-ci ildən Bakı şəhərindəki 10 məktəb Bakı Avropa Liseyi tərəfindən işlənmiş “Planetimizin təbii resuslarının qorunması” və “Planetimizdə təbiətin qorunma resursu kimi dünya ölkələrinin mədəni-ekoloji ənənələr bankının yaradılması” layihələri üzərində işləyir. Multikulturalizm ideyalarına əsaslanan layihələr şagirdlərdə ekoloji şüur, ənənələrin qorunması və müasir tələblərə uyğun bacarıqların formalaşdırılması məqsədlərinə xidmət edir.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
