Azərbaycan Milli Kvalifikasiyalarının Avropa Kvalifikasiyalar Çərçivəsinin tələblərinə uyğunlaşdırılması mövzusunda konfrans
Fevralın 18-də Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının inkişafı üzrə Təhsil Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının “Ömürboyu Təhsil üzrə Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsi”nin (AzKÇ) Avropanın ali təhsil məkanının və “Ömürboyu təhsil üzrə Avropa Çərçivəsinin tələblərinə uyğunlaşdırılması” mövzusunda konfrans keçirilib.
Tədbirdə Təhsil, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, ali və ilk peşə-ixtisas təhsili müəssisələrinin əməkdaşları, Tvinninq layihəsinin, Avropa Təhsil Fondunun, Dünya Bankının ekspertləri iştirak ediblər.
Konfransın əsas məqsədi AzKÇ-nin məzmunu, məqsədi və vəzifələri, habelə bu sənədin icrası üçün dövlət və institusional səviyyədə həyata keçiriləcək tədbirlərlə bağlı məsələlərin müzakirəsidir.
Konfransda Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Natiq İbrahimov məruzə ilə çıxış edərək, "Ömürboyu Təhsil üzrə Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsi”nın hazırlanması, hüququ bazası, əsas prinsipləri, strukturu və həyata keçirilməsi üçün görülməli tədbirlər haqqında məlumat verib.
Qeyd olunub ki, Avropa İttifaqının təklif etdiyi “Ömürboyu təhsil üzrə Avropa kvalifikasiya çərçivəsi” adlı sənədə uyğun olaraq 2010-cu ildə təhsil nazirinin müvafiq əmrinə əsasən, “Ömürboyu Təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin hazırlanması üzrə işçi qrupu yaradılıb. İşçi qrupunun tərkibinə Təhsil, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mütəxəssisləri və ali təhsil müəssisələrinin nümayəndələri daxil edilib. Göstərilən sənədin ölkəmizin təhsil sisteminin və əmək bazarının inkişafı üçün əhəmiyyətli olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda Milli Kvalifikasiyalar çərçivəsinin hazırlanması öz əksini tapıb.
Sonra çıxış edənlər bildirib ki, bu sənədin hazırlanması ölkəmizin bütün təhsil pillə və səviyyələri üzrə təhsil proqramlarının, təhsilalanların bilik, bacarıq və səriştələrinin müəyyənləşdirilməsi baxımından ümumavropa standartlarına uyğunlaşdırılmasına imkan yaradacaq. Bu da öz növbəsində tələbələrin mobilliyinə və təhsil sənədlərimizin xaricdə tanınmasına öz töhfəsini verəcək.
Hazırda Milli Kvalifikasiya Çərçivəsi təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
