Respublika çempionatının təqdimat mərasimi
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə keçiriləcək ali təhsil müəssisələri tələbələri arasında Respublika çempionatının təqdimat mərasimi keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında keçirilən təqdimat mərasimində ali təhsil müəssisələrinin idman komandalarının nümayəndələri, müvafiq idman növləri üzrə baş hakimlər və işçi qrupun üzvləri iştirak ediblər.
Çempionatın əsasnaməsi videoçarx şəklində mərasim iştirakçılarına təqdim olunub.
2016-cı ilin mart-may aylarında tələbələr arasında keçiriləcək Respublika çempionatının proqramına 10 idman növü daxildir.
“Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov çempionata hazırlıq mərhələləri, komandaların sifariş vərəqələrinin doldurulma qaydaları, oyunların keçirilməsi şərtləri haqqında geniş məlumat verib. N.Lahıcov bildirib ki, ali məktəb tələbləri arasında keçiriləcək idman tədbirlərinin daha yaxşı təşkil edilməsi üçün Təhsil Nazirliyi lazımi köməklik göstərir.
Sonra təkliflər dinlənilib, müvafiq idman növləri üzrə baş hakimlər oyunların keçirilmə qaydaları haqqında məlumat veriblər.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
