Beynəlxalq olimpiadalara hazırlaşacaq şagirdlərin seçim turu keçirilib
Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, eləcə də Kimya-biologiya təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə yeni şagirdlərin seçimi aparılıb.
2015-ci ilin oktyabr ayından bu ilin yanvar ayınadək ölkənin bütün şəhər və rayonlarında keçirilmiş fənn müsabiqələrinin nəticələrinə əsasən, müvafiq fənlər üzrə 70-120 şagird bu seçim mərhələsi üçün Bakıya dəvət olunub. Seçim mərhələsində iştirak edən şagirdlərin 60 faizi bölgələrdən olub.
Ümummilikdə riyaziyyat , fizika, kimya və biologiya fənləri üzrə 400-ə yaxın VII və VIII sinif şagirdi seçim turunda öz bilik və bacarığını nümayiş etdirib. Hər fənn üzrə seçilmiş 15-20 şagird xüsusi proqram əsasında olimpiadalara hazırlıq məşğələlərinə cəlb olunacaq.
Qeyd edək ki, müvafiq seçim turu Təhsil Nazirliyi tərəfindən artıq ikinci dəfədir keçirilir. 2014-2015-ci tədris ilində seçilmiş şagirdlər artıq 1 ildir ki, mərkəzlərdə hazırlıqlarını davam etdirirlər.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
