Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu
Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində fevralın 10-da keçirilən “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forum”unda iştirak edir.
Forumda Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru Rebeka Haqs, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak edirlər.
“Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forum”unun əsas məqsədi universitetlərarası əməkdaşlıq çərçivəsində ikili proqramların həyata keçirilməsi, tədqiqatyönümlü birgə fəaliyyət və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasıdır.
Səfər çərçivəsində, həmçinin bir sıra işgüzar görüşlərin keçirilməsi də gözlənilir.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
