Abşeronda “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar
Yanvarın 28-də Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminar keçirilib.
Seminarda Təhsil Nazirliyinin əməkdaşları, Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri, Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, təhsil ekspertləri, rayonun ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər və KİV təmsilçiləri iştirak ediblər.
Seminarın keçirilməsində məqsəd müəllim-şagird münasibətlərinin yaxşılaşdırılmasına dəstək göstərmək və təhsilin keyfiyyətinin yüksəldilməsində sağlam münasibətlərin rolunu vurğulamaqdır.
Seminarda Təhsil Nazirliyinin baş məsləhətçisi Vəfa Yaqublu şagirdlərdə müsbət davranış vərdişlərinin formalaşdırılması, ümumi təhsil müəssisələrində sağlam mühitin yaradılması, müəllimlərin peşə standartları və etik davranış qaydaları haqqında təqdimatla çıxış edib.
Tədbirdə müəllim-şagird münasibətlərində neqativ təzahürlərin yaranma səbəbləri, müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığının əsas müddəaları izah olunub, mövcud problemlərin konstruktiv həlli yolları müzakirə edilib.
Çıxış edənlər müəllim-şagird münasibətlərinin tənzimlənməsində valideyn faktorunun böyük rol oynadığını, müəllimin nüfuzunun qorunması üçün valideyn-müəllim-şagird ünsiyyətinin sağlam prinsiplər əsasında qurulmasının önəmini vurğulayıb, məktəblərdə Pedaqoji şuraların işinin daha da yaxşılaşdırılması məsələsinə toxunublar.
Qeyd edək ki, seminar "APA-Holdinq" və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin informasiya dəstəyi ilə təşkil olunub.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
