TOPs proqramı çərçivəsində idman festivalı
Bakı şəhərindəki M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə TOPs proqramı çərçivəsində idman festivalı keçirilib.
Festivalda məktəbin 100-dən çox şagirdi müxtəlif idman növləri üzrə qüvvə və bacarıqlarını nümayiş etdirib. Məktəbin fiziki tərbiyə müəllimlərinin rəhbərliyilə keçirilən festivalda valideynlər də iştirak edərək övladlarını dəstəkləyiblər.
Festivalın keçirilməsində məqsəd şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, psixoloji dayanıqlılığının qorunması və onların fiziki tərbiyə dərslərinə olan münasibətinin daha da yaxşılaşdırılmasından ibarətdir. İdman və incəsənət bayramı kimi keçirilən tədbir şagirdlər arasında sosiallaşmanın genişlənməsinə və təlim nəticələrinin yüksəldilməsinə müsbət təsir göstərir, onların idmana marağının artırılmasına kömək edir.
Tədbirdə 18 nömrəli məktəbin direktoru Rəna Süleymanova çıxış edərək TOPs metodologiyasının üstünlüklərindən, təhsildə şagirdlərin fiziki sağlamlığının əhəmiyyətindən söz açıb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Festival zamanı məktəblilər tərəfindən ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub, yarışlar keçirilib. Tədbirin sonunda qalib komandalar kubok və medallarla mükafatlandırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
