Təhsil Nazirliyinin nümayəndə heyəti YUNESKO-nun konfransında
Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 28-də Parisdə keçirilən “Avropa, Yaxın Şərq və Afrika gəncləri və terrorizm, ekstremizm və dözümsüzlük təhlükəsi” adlı konfransda iştirak edir.
YUNESKO-nun “Ələddin” layihəsi və Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin birgə təşkil etdiyi konfransda Fransa, ABŞ, Tunis, Türkiyə, Mərakeş və digər ölkələrin nazir və nazir müavinləri, Avropa İttifaqı rəsmiləri, siyasi xadimlər, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Konfransın 3-cü sessiyasında Ceyhun Bayramovun çıxışı nəzərdə tutulub.
Səfər çərçivəsində, həmçinin bir sıra işgüzar görüşlərin keçirilməsi gözlənilir.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
