SABAH qruplarında imtahan
Yanvarın 26-da Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında keçirilən imtahanlarda 8 ixtisas üzrə 124 tələbə iştirak edib.
Qeyd edək ki, BDU-nun SABAH qruplarında 13 ixtisas qrupu üzrə 425 tələbə təhsil alır.
Universitetdə ingilis dili üzrə imtahan verən digər tələbələrdən fərqli olaraq SABAH tələbələrinin bu fənn üzrə dörd dil bacarığı - danışmaq, dinləmək, oxumaq və yazmaq üzrə bilikləri yoxlanılır.
SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1632 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
