Londonda Qanlı Yanvar faciəsi ehtiramla yad edilib
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirdə Londonda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, səfirliyin əməkdaşları, Britaniyanın və Azərbaycanın ictimai-siyasi xadimləri, elm və incəsənət adamları, ictimaiyyət və diaspor nümayəndələri, bu ölkədə təhsil alan və yaşayan həmvətənlərimiz iştirak ediblər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra 20 Yanvar hadisəsi ilə bağlı sənədli film nümayiş etdirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə bildirib ki, 26 il öncə Azərbaycan xalqının həyatında kədərli bir gün yaşandı. Bu gün kədərli idi, çünki onlarla həmvətənimizin həyatına vəhşicəsinə son qoyuldu. Lakin bu kədər günü, eyni zamanda, Azərbaycan xalqının müstəqilliyə gedən yolunda bir qığılcım oldu. 20 Yanvar faciəsi haqqında məlumat verən səfir bildirdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Lakin bu hadisə xalqımızın iradəsini qıra bilmədi və bu azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndi. 26 il bundan əvvəl bu qanlı hadisənin qurbanı olan şəhidlər xalqımızın yaddaşında və qəlbində əbədi yaşayacaqlar.
Tədbirdə digər çıxış edənlər də xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvarın həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu qeyd ediblər.
AZƏRTAC
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli rayonu Aşağı Alıxanlı kənd tam orta məktəbində ilk idman festivalı keçirilib
26.09.2024 - 17:10 -
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib
26.09.2024 - 15:00 -
Təhsilin İnkişafı Forumu keçiriləcək
26.09.2024 - 14:30 -
Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
26.09.2024 - 12:00 -
Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək
25.09.2024 - 15:47