Azərbaycan nümayəndə heyəti Dünya Təhsil Forumunda
Londonda ənənəvi Dünya Təhsil Forumu işə başlayıb. Azərbaycan Forumda təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə uğurla təmsil olunur.
Bu Forumda dünya əhalisinin 80 faizinin yaşadığı ölkələr nazir və ya nazir müavini səviyyəsində təmsil olunur. Hökumət nümayəndələri ilə yanaşı, təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirlər.
Forum Britaniyanın Xarici İşlər Nazirliyi, hökumətin təhsil, biznes və innovasiyalar, beynəlxalq inkişaf departamentləri, həmçinin “British Council” və bir çox sənaye tərəfdaşlarının dəstəyi ilə həyata keçirilir.
Açılış mərasimində İngiltərənin təhsil naziri xanım Nikki Morqan və digər çıxış edənlər Forumun əhəmiyyətindən bəhs ediblər. N.Morqan iştirakçılara uğurlar arzulayaraq, tədbirin dünya təhsil sistemindəki ümumi məsələlər, problemlər və ayrı-ayrı ölkələrdəki tədris siyasəti baxımından faydalı olacağına əminliyini ifadə edib.
Daha sonra Forum sessiyalarla işini davam etdirib.
Nazir Mikayıl Cabbarov Forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Forum yanvarın 20-dək davam edəcək.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli rayonu Aşağı Alıxanlı kənd tam orta məktəbində ilk idman festivalı keçirilib
26.09.2024 - 17:10 -
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib
26.09.2024 - 15:00 -
Təhsilin İnkişafı Forumu keçiriləcək
26.09.2024 - 14:30 -
Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
26.09.2024 - 12:00 -
Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək
25.09.2024 - 15:47