Azərbaycan məktəblilərinin daha bir uğuru
Qazaxıstanın Almatı şəhərində məktəblilərin Jautıkov adına XII Beynəlxalq fizika, riyaziyyat və informatika fənn olimpiadası keçirilir. 13-19 yanvar 2016-cı il tarixlərində keçirilən bu olimpiadada öz bilik və bacarıqlarını nümayiş etdirmək məqsədilə Azərbaycan məktəbliləri də iştirak edirlər.
Rumıniya, Bolqarıstan, İndoneziya, Rusiya, Ukrayna, Belarus olmaqla, 25-ə yaxın ölkənin iştirak etdiyi olimpiadadan şagirdlərimiz Vətənə nailiyyətlərlə geri dönəcəklər. Belə ki, Azərbaycan bayrağını layiqincə təmsil edən məktəblilərimiz fizika fənni üzrə 2 gümüş, 1 bürünc, riyaziyyat fənni üzrə 2 bürünc və informatika fənni üzrə 2 bürünc medal olmaqla 7 medal əldə ediblər.
Qeyd edək ki, şagirdlərimiz 5 illik fasilədən sonra informatika fənni üzrə beynəlxalq yarışda yenidən nailiyyət qazanıblar.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
