Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İyunun 13-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, bu günün Azərbaycanın müasir tarixində mühüm rolundan danışıb.
İyunun 13-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, bu günün Azərbaycanın müasir tarixində mühüm rolundan danışıb.
Nazir ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin qüdrətlənməsi, dövlətçilik ənənələrinin qorunub saxlanması istiqamətində yeritdiyi uğurlu siyasətdən söz açıb. Eyni zamanda nazir bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.
Sonra Misir Mərdanov qarşıda duran bir sıra mühüm məsələləri iştirakçıların diqqətinə çatdırıb. Nazir ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələrindən razı qaldığını bildirib, qısa müddətdə elan olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Nazir həmçinin imtahanın əhatə etdiyi bölgələrdəki məktəblərin göstərdiyi nəticələri də açıqlayıb.
Nazir müvafiq imtahanların gələn ildən etibarən ölkəmizin bütün bölgələrində, habelə IX sinif üzrə də keçiriləcəyini qeyd edib, test tapşırıqları yoxlanılarkən daha da təkmilləşmiş metodlardan istifadə edilməsinin məqsədəuyğunluğunu nəzərə çatdırıb.
Hazırda ölkəmizdə peşə təhsilinin inkişafı ilə bağlı ciddi iş aparıldığını bildirən Misir Mərdanov ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki- peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Nazir bildirib ki, həmin proqrama uyğun olaraq yaxın vaxtlarda Qəbələ rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi açılacaq.
Müşavirədə nazir Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə Təhsil Nazirliyi arasında memorondumun, ABŞ hökuməti ilə təhsil sahəsində əməkdaşlığa dair sazişin imzalanmasının nəzərdə tutulmasından, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və gənclərin seçim qaydalarının təsdiqi üzrə qərarın icrasından, eləcə də məktəbəqədər təhsilin təkmilləşdirilməsi, istedadlı uşaqların yaradıcılıq potensialının inkişafı ilə bağlı məsələlərdən danışıb.
Sonra nazir bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini bildirib. Eyni zamanda nazir bu ayın əvvəllərində İNTEL Korporasiyası idarə heyətinin sədri cənab Kreyq Barrettin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfər etdiyini açıqlayıb. Nazir məlumat verib ki, qonaq Azərbaycanda İKT-nin daha çox tətbiq olunduğu akademik Zərifə xanım Əliyeva adına orta məktəbdə olub və burada tətbiq olunan modeli yüksək dəyərləndirib. Misir Mərdanov görüş zamanı Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ilə birgə Niyyət Protokolu imzalandığını da vurğulayıb.
Müşavirədə ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisaslar üzrə təcrübələrinin təşkili vəziyyəti, problemlər və onların həlli yolları ilə bağlı məsələnin kollegiya iclasında müzakirə edilməsi, Azərbaycan müəllimlərinin III qurultayının keçirilməsi üzrə təşkilat komitəsinin yaradılması, “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb” müsabiqəsinə yekun vurulmasının vacibliyi qeyd edilib.
Təhsil naziri Misir Mərdanov öz çıxışında ümumtəhsil məktəblərinin avadanlıqlarla təminatının əsas şərt olduğunu nəzərə çatdıraraq bildirib ki, cari ildə bu iş 327 məktəbdə həyata keçiriləcək.
Daha sonra nazir 2008-2009-cu dərs ilində dərsliklərin çapı, məktəblərin istilik sistemi ilə təminatı, orta məktəblərdə ingilis dilinin tədrisi vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb.
Misir Mərdanov onu da əlavə edib ki, 2008-ci ildə 113 yeni məktəb binası tikiləcək, 33 məktəbdə 625 əlavə sinif otağının, 2 internat məktəbinin, 4 rayon təhsil şöbəsinin inzibatı binasının tikintisi, eləcə də 91 məktəbin, 21 uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulur. Nazir bu sıraya internat və peşə məktəblərinin də əlavə ediləcəyini qeyd edib.
Sonda Misir Mərdanov cari ilin 6-8 oktyabr tarixlərində islam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin Bakıda keçiriləcək konfransına hazırlıq işlərinin aparılması liə bağlı məsul şəxslərə göstərişlər verib.
10 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
