SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib
İyunun 24-də Beynəlxalq Muğam Mərkəzində SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.
Mərasimdə elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Bildirilib ki, artıq beş ildir keçirilən SABAH İncəsənət Festivalının əsas məqsədi "SABAH qrupları" layihəsinin incəsənət yönümlü baza ali təhsil müəssisələrinin tələbələrinin nailiyyətlərini əyani nümayiş etdirmək, gənclər arasında təhsil və yaradıcılığa həvəsi artırmaq, ictimaiyyəti təhsilin nailiyyətləri ilə tanış etməkdir.
Açılış mərasimində Bakı Musiqi Akademiyasının SABAH qrupları tələbələrinin ifasında xor və instrumental musiqi çıxışları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları tələbələrinin ifasında müxtəlif rəqs nömrələri, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin SABAH qrupları tələbələrinin memarlıq layihələri (maketlər və elektron təqdimatlar), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) SABAH qrupları tələbələrinin isə dizayn və dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilib.
Tədbir boyunca ADRA SABAH qrupları tələbələri tərəfindən bədii keramika, xalçaçılıq, toxuculuq, metal və rəngkarlıq üzrə ustad dərsləri keçirilib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tovuzda vətəndaşları qəbul edəcək
12.05.2026 - 12:11 -
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52
