XII Beynəlxalq Elm Olimpiadasında tarixi uğur qazanan medalçılarımız “Təməl” verilişində
Son on bir ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyətlər əldə ediblər.
Dekabrın 2-dən 10-dək Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında (İJSO) məktəblilərimiz 2 gümüş, 3 bürünc medal qazanıb. 43 ölkənin iştirak etdiyi bu olimpiadada Azərbaycan uğurlu nəticə əldə edənlər sırasında olub. Belə ki, məktəblilərimiz Avropada 3-cü, MDB ölkələri arasında isə 2-ci yeri qazanıb. Fizika, kimya və biologiya fənləri üzrə keçirilən bu olimpiadada şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər.
"Təhsil" TV-nin “Təməl” verilişinin budəfəki buraxılışında XII Beynəlxalq Elm Olimpiadasında gümüş medal qazanan Cəfər İsbarov, Hüseyn Babayev və onların müəllimi Elxan Tahirov öz təəssüratlarını bölüşüblər.
Proqram "Qafqazinfo"nun "Təhsil" televiziyası ilə birgə layihəsi çərçivəsində hazırlanıb.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
