Basketbol üzrə Səbail rayon birinciliyi keçirilib
“Olimpiya Hərəkatı” proqramı çərçivəsində basketbol idman növü üzrə Səbail rayon birinciliyi keçirilib.
“Olimpiya hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirməkdən ibarətdir. Həmçinin, proqram məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) və badminton idman növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etməyi, şagirdlərə sağlam və aktiv həyat tərzinin, olimpiya dəyərlərinin təşviqini nəzərdə tutur.
Yarışlar Bakı şəhərindəki 189-190 nömrəli tam orta məktəbdə keçirilib. Rayon birinciliyində 16 tam orta məktəbin komandasından 14-ü iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda I yeri Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli təhsil kompleksi, II yeri Bakı şəhəri H.Mahmudbəyov adına 2 saylı texniki-humanitar lisey, III yeri isə Bakı şəhəri 91 nömrəli tam orta məktəbin komandaları tutaraq final mərhələsinə vəsiqə qazanıb.
Qalib və iştirakçılara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.
9 il əvvəl
Digər xəbərlər
-
“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib
08.05.2025 - 11:10 -
Nazir müavini Vyetnamın təhsil və təlim nazirinin müavini ilə görüşüb
07.05.2025 - 19:00 -
Mərakeş Krallığının Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində olub
07.05.2025 - 16:54 -
Nazir müavini “Sərhəd” hərbi-idman oyununun yekunu ilə bağlı keçirilmiş tədbirdə iştirak edib
06.05.2025 - 16:25 -
TikTokda #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verilir
05.05.2025 - 14:29