Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Layihənin təqdimat mərasimi

Dekabrın 15-də “İş dünyası üçün bacarıqlar” layihəsinin təqdimatı keçirilib.

Layihə Təhsil Nazirliyi, British Council və “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə ilk peşə-ixtisas təhsili sahəsində həyata keçirilir. Layihənin əsas məqsədi ölkədə ilk peşə-ixtisas təhsili və təliminin inkişafına töhfə vermək, məşğulluq imkanlarının genişləndirilməsi, iş təcrübəsi proqramının təşkil edilməsidir.

Layihənin təqdimat mərasimində Təhsil Nazirliyi, British Council, Azercell və pilot ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak edib.

Layihə üzrə ilk təlim 5 nömrəli Bakı Peşə Liseyində keçirilir. Təlimdə Bakıda yerləşən müxtəlif ilk peşə-ixtisas təhsili müəssisələrində İKT və telekommunikasiya üzrə tədris aparan 36 müəllim iştirak edir. İştirakçılar təlim boyu ilk peşə-ixtisas təhsili üzrə effektiv təlim modelləri, metodikalar, sinif mühitinin idarəedilməsi mövzuları üzrə bilik və bacarıqlar əldə edə biləcəklər. Dərslər Birləşmiş Krallıqdan dəvət olunmuş mütəxəssis tərəfindən dekabrın 17-dək davam edəcək.

Təlimlərin şagirdlər üçün nəzərdə tutulmuş hissəsini Azərbaycan Gənclərinin Nailiyyəti Təşkilatı icra edəcək. Bu məqsədlə təşkilat tərəfindən 500 nəfərdən çox İKT və telekommunikasiya peşə istiqaməti üzrə təhsil alan şagirdin bacarıqları yoxlanılıb,120 şagirdə təlimdə iştirak şansı verilib. Layihə müddətində həmin şagirdlər karyera və iş imkanlarının axtarılması üzrə bacarıqlara yiyələnəcək, telekommunikasiya və İKT sahəsində istehsalat təcrübəsi keçəcəklər. Şagirdlər üçün təlimlər 2016-ci ilin yanvar ayından etibarən start götürəcək.


10 il əvvəl