Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İyulun 11-də “Park-inn” otelində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi layihəsi” üzrə təlim keçmiş bir qrup müəllimə sertifikatların təqdim olunması mərasimi keçirilib.
İyulun 11-də “Park-inn” otelində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi layihəsi” üzrə təlim keçmiş bir qrup müəllimə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Misir Mərdanov, “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, layihə üzrə təlim keçən müəllimlər iştirak edib.
Məlumat üçün qeyd edək ki, müəllimlərinin ingilis dili dərslərini daha maraqlı və müasir etmələri üçün “British Council” Təhsil Nazirliyi ilə birgə müəllimlər üçün yeni və dinamik İngilis dili təlim kursu hazırlayıb. Yeni olan bu təşəbbüs müasir təlim metodlarını tətbiq etməklə Bakının ən aparıcı 60 ingilis dili müəlliminin təkmilləşdirilməsini nəzərdə tutur.
Təhsil naziri Misir Mərdanov birgə reallaşdırılan bu tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “British Council” ölkəmizdə müxtəlif istiqamətli layihələr həyata keçirir. “İngilis dilinin intensiv tədrisi” layihəsini də yüksək dəyərləndirən nazir bu işin Azərbaycanda ingilis dili tədrisinin təkmilləşdirilməsi və müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında oynadığı roldan danışıb. Eyni zamanda nazir əlavə edib ki, 2003-2008-ci illərdə həmin təşkilatla Təhsil Nazirliyinin həyata keçirdiyi birgə layihələrin məqsədi Azərbaycanda təhsil islahatlarına uyğun olaraq ingilis dili müəllimləri üçün bu dilin tədrisi sahəsində ən son nailiyyətləri əks etdirən müasir və effektiv ixtisasartırma, təkmilləşdirmə sisteminin yaradılması, ingilis dilinin tədrisində fəal-interaktiv təlim metodlarının və yeni pedaqoji texnologiyaların tətbiqidir.
Misir Mərdanov qeyd edib ki, mövcud layihə Bakıdakı 7, 23, 27 saylı məktəblərdə, “İntellekt”, “Ankara” liseyləri, Beynəlxalq Təhsil Kompleksi və S.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında həyata keçiriləcək. Nazir həmçinin məhz bu məktəblərin seçilməsini həmin müəssisələrdə ingilis dilinin dərindən öyrədilməsi, lazımi kadr potensialının olması ilə əlaqələndirib və layihənin akademik Zərifə Əliyeva adına məktəbi əhatə etdiyini də xüsusi qeyd edib. Nazir bildirib ki, layihəyə əsasən ingilis dili intensiv tədris edilən siniflərin tədris plan və proqramlarının qısa müddətdə hazırlanması, milli dərsliklərlə yanaşı, istifadə ediləcək dərslik komplektləri barədə təkliflərin verilməsi nəzərdə tutulur.
Tədbirdə Misir Mərdanov “British Council” un Azərbaycandakı direktoru xanım Nikol lə Os de Lalüvyeyə və təşkilatın bütün əməkdaşlarına bu işdə göstərdikləri dəstəyə görə təşəkkür edib.
“British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye çıxış edərək qeyd edib ki, layihəyə cəlb olunmuş müəllimlərin bacarıqlarının artırılması, tədris sahəsində müasir metodika və metodologiyalara yiyələnməsi, şagirdlərə ingilis dili üzrə zəruri kompetensiyaların aşılanması bu layihənin əsas məqsədidir.
Keçirilmiş təlim–seminarda azərbaycanlı müəllimlərin hazırlıq səviyyəsindən razılıqla danışan xanım Lalüvye rəhbərlik etdiyi təşkilatla Təhsil Nazirliyinin əməkdaşlığını yüksək qiymətləndirib. Xanım Lalüvye həmçinin bu istiqamətdə reallaşdırılacaq digər tədbirlərdən də danışıb.
Sonda qeyd olunan layihə üzrə təlim keçən ingilis dili müəllimlərinə sertifikat təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
