Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 8-də Təhsil Nazirliyində mətbuat konfransı keçirilib.

Mətbuat konfransı ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyinin Fulbrayt Tələbə Proqramı üçün ilk müsabiqəni elan etməsinə həsr olunmuşdu.
 Təhsil naziri Misir Mərdanov öncə mətbuat konfransında iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Ənn Dersi, səfirliyin İctimaiyyətlə əlaqə şöbəsinin yeni rəhbərini və media nümayəndələrini səmimi salamlayıb. Misir Mərdanov Fulbrayt Tələbə Proqramının başlanmasını hər iki ölkə üçün müsbət addım kimi dəyərləndirib.
Sonra nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq cari ilin iyununda Azərbaycan Respublikasının Hökuməti ilə ABŞ Hökuməti arasında Saziş imzalanıb. Nazir əlavə edib ki, bu Sazişin 4-cü maddəsində Tərəflərin təbiət, mühəndislik, informasiya texnologiyaları, sosial, humanitar elmlər, incəsənət, kommunikasiya, biznesin idarə edilməsi, kənd təsərrüfatı və səhiyyə, digər sahələr də daxil olmaqla, tələbə, alim və tədqiqatçıların daha geniş mübadiləsinin aparılması, birgə maliyyələşdirmək yolu ilə Fulbrayt proqramının genişləndirilməsi qeyd olunub.
 Fulbrayt Tələbə Proqramı çərçivəsində elan olunan bu müsabiqənin məhz həmin Saziş əsasında aparıldığını diqqətə çatdıran Misir Mərdanov müsahibədə Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavr dərəcəsinə malik, 2007-2008 və 2008-2009-cu illərdə magistr pilləsi üzrə keçirilən imtahanlarda müvafiq olaraq 70 və 80 bal toplayan, əvvəlki illərdə bakalavr və mütəxəssis proqramlarını yüksək göstəricilərlə başa vurmuş şəxslərin iştirak edə biləcəyi barədə məlumat verib.
Xanım Ənn Dersi çıxış edərək dövlət başçımızın təsdiq etdiyi müvafiq proqramı aıqışlayıb və bu proqramın azərbaycanlı gənclərə dünyanın ən nüfuzlu universitetlərində oxumaq üçün faydalı imkan yaratdığını vurğulayıb. Səfir eyni zamanda bildirib ki, ABŞ höküməti 1993-cü ildən Fulbrayt Proqramı çərçivəsində hər iki ölkənin alimlərinin qarşılıqlı səfərlərini təşkil edir və bu proqramın iştirakçıları professor-müəllim heyəti, tədqiqatçılardır.
Xanım Dersi onu da əlavə edib ki, bu proqram çərçivəsində seçilənlər ABŞ-da iki il magistr proqramı üzərində çalışacaqlar.
Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov və ABŞ-ın ölkəmizdəki səfiri xanım Ənn Dersi media nümayəndələrinin Fulbrayt Proqramı ilə bağlı suallarını cavablandırıblar.


10 il əvvəl