Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Sentyabrın 4-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Mustafa Babanlını bu təhsil müəssisəsinin kollektivinə təqdim edib.
Təhsil naziri Mustafa Babanlının ADNSU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir qeyd edib ki, ADNSU-nun Azərbaycan ali təhsil sistemində özünəməxsus yeri var. Təhsil naziri bu tədris ocağının yetirməsi olan mütəxəssislərin nəinki respublikamızın, eləcə də dünyanın bir sıra ölkələrinin iqtisadiyyatına layiqli töhfələr verdiyini və Azərbaycan təhsilinin yetirmələri kimi yüksək uğurları ilə tanındıqlarını bildirib. O, bu ali məktəbin Azərbaycan elm və təhsilinin pioneri, eyni zamanda neft sənayesi sahəsində innovasiyaların əsas mərkəzi olduğunu nəzərə çatdırıb. ADNSU-nun həyatında yeni çağırışlara uyğun fəaliyyət sferasının açıldığını söyləyən təhsil naziri bunun üçün həm institutsional təcrübədən, həm də gənc mütəxəssislərin imkanlarından istifadənin vacibliyini qeyd edib. Şəffaf elmi mühitin yaranması üçün vacib həlqə olan bu yanaşma, həm də sənayenin digər sahələri üçün potensial kadr hazırlığı istiqamətində universitetə yeni imkanlar verir. Bu sahədə Təhsil Nazirliyinin yaxından köməyi ilə ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq və ali təhsil sahəsində beynəlxalq təcrübədən istifadə olunacaq. Bütün bu və ya digər işlərdə ali məktəbə yeni təyin olunmuş rəhbərliyin üzərinə ciddi öhdəliklər düşür.
ADNSU-nun rektoru Mustafa Babanlı ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. O, ali məktəbin kollektivi ilə bərabər ADNSU-nun yeni hədəflərinin gerçəkləşdirilməsi üçün bütün mövcud imkanları səfərbər edəcəklərini bildirib.
Qeyd edək ki, sentyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.
Ölkə Prezidentinin digər sərəncamı ilə Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunub.
Mustafa Baba oğlu Babanlı 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Xüsusi Konstruktor Bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlayıb. 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutunun aspiranturasında təhsil alıb. 1993-cü ildə “Bərk cisimlərin fizikası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) doktorluq dissertasiyası müdafiə edərək, “materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi alıb. AzTU-nun nəzdində Dissertasiya Şurasının və Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür. AzTU-nun metallurgiya və metalşünaslıq kafedrasında assistent (1996-2001-ci illər), dosent (2001-2010-cu illər), professor və beynəlxalq əlaqələr üzrə prorektor (2010-2015-ci illər) vəzifələrində çalışıb.
140-dan artıq elmi məqalənin, 6 ixtiranın, 5 dərs vəsaitinin, 1 dərsliyin və 4 monoqrafiyanın müəllifidir. Məqalələri Fransa, Almaniya, Rusiya, İsveçrə, Ukrayna, Hollandiya və başqa ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunub. Bir sıra beynəlxalq elmi layihələrə rəhbərlik edib.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
