Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Təhsil Nazirliyində Macarıstan və Çin Xalq Respublikasında təhsil almaq üçün seçilmiş tələbələrlə görüş keçirilib.
Görüş zamanı təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsil almasının əhəmiyyətindən danışıb. F.Qurbanov Macarıstan və Çində bu ölkələrin ayırdıqları təqaüdlər hesabına təhsil almaq hüququ qazanmış tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və təhsildə əldə etdikləri nailiyyətlərin ölkəmizin dinamik inkişaf prosesinə əhəmiyyətli təsir göstərəcəyinə əminliyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü ilin noyabr ayında Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycanın Təhsil Nazirliyi və Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı imzalanıb. Proqrama uyğun olaraq Macarıstan tərəfi birtərəfli qaydada Azərbaycan vətəndaşlarına Macarıstan ali təhsil müəssisələrində təhsil almaları üçün təqaüdlər ayırır. Proqram şərtlərinə görə, Macarıstan tərəfi təqaüd hesabına təhsil alacaq tələbələri ödənişsiz təhsil, universitet yataqxanasında yaşayış, tibbi sığorta və aylıq təqaüdlə təmin edir.
Beləliklə 2015/2016-cı tədris ilində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil alacaq tələbələrin seçimi keçirilib, bununla da 51 nəfər Azərbaycan vətəndaşı Macarıstanın “Debrecen University”, “Budapest Business School”, “Corvinus University of Budapest” kimi ali təhsil müəssisələrində insan resurslarının idarəolunması, kompüter elmləri, biznesin idarəolunması, turizm, kimya mühəndisliyi, iqtisadiyyat və s. ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıblar. Bunlardan 18 nəfəri bakalavriat, 28 nəfəri magistratura, 5 nəfəri doktorantura təhsil səviyyələri üzrə təhsil alacaqlar.
Bu il Təhsil Nazirliyi tərəfindən həmçinin Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında 13 iyul 2012-ci il tarixində imzalanmış “Təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq ÇXR ali təhsil müəssisələrində 2015/2016-cı tədris ilində təhsil alacaq tələbələrin seçimi aparılıb, yekun yerləşdirmələr nəticəsində 8 nəfər namizəd “Huazhong University of Science&Technology”, “China Medical University” kimi ali təhsil müəssisələrində çin dili, biologiya, tibb ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıblar. Onlar ÇXR ali təhsil müəssisələrində bakalavriat, magistratura, doktorantura təhsil səviyyələri üzrə təhsil alacaqlar.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
