Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və ENPI East FLEG II Proqramının birgə təşəbbüsü ilə Qax rayonunun İlisu istirahət mərkəzində “Meşələri qoruyaq!” devizi altında ilk dəfə olaraq beynəlxalq gənc meşəçilərin yay düşərgəsi keçirilib.
Düşərgənin təşkilində məqsəd “ENPI East FLEG” II Proqramının iştirakçısı olan Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova və Gürcüstanın gənc meşəçiləri arasında beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, meşə ehtiyatlarının qorunması və davamlı istifadəsi sahəsində təcrübə mübadiləsinin aparılması və gənclərin birgə səylərinin artırılmasından ibarət olub.
Müxtəlif ölkələrdən olan gənc meşəçilər meşə ehtiyatlarının qorunması və artırılması sahəsində beynəlxalq təcrübəni əks etdirən təqdimatlarla çıxış ediblər. Bu sahədə əməkdaşlıq əlaqələrinin inkişafı və birgə təşəbbüslərə dair təkliflər müzakirə olunub. Qax Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə gənc meşəçilər üçün Zaqatala Rayon Meşə Bərpası və Mühafizəsi Müəssisəsinə, İlisu Dövlət Təbiət Qoruğuna ekskursiyalar təşkil edilib, məktəblilər Qax rayonunun qədim tarixi-mədəni abidələri ilə tanış olublar. Regionun zəngin təbiəti və meşələrin bioloji müxtəlifliyi haqqında məlumat alan gənc meşəçilər Qum və İlisu kəndlərinin ətrafında ekoloji və geobotaniki tədqiqat üsulları vasitəsilə meşə ekosisteminin vəziyyətini qiymətləndiriblər.
Beynəlxalq düşərgənin iştirakçıları “Meşənin nemətləri və ənənəvi qidalanma” adlı ekoloji tədbirdə təmsil etdikləri ölkələrin meşə məhsullarından hazırlanmış qida məhsullarını təqdim ediblər. Milli geyimlərdə olan məktəblilər həmyaşıdlarını öz ölkələrinin musiqi mədəniyyəti haqqında danışıblar. Alim və mütəxəssislərlə maraqlı görüşlər, şən müsabiqələr və ekoloji oyunlar yay istirahətinin mənalı keçməsinə şərait yaradıb.
Beynəlxalq düşərgənin yekun tədbirində bütün iştirakçılara diplomlar və xatirə hədiyyələri təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
