Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
SABAH qruplarının tələbələri beynəlxalq tədbirdə iştirak edib.
“Fəal könüllülər–daha yaxşı vətəndaşlar” layihəsi çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan tələbələr Bolqarıstana səfər etmiş nümayəndə heyətinin tərkibində təmsil olunub. Erasmus+ və İnsan Resurslarının İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən layihəyə Azərbaycan ilə yanaşı, Bolqarıstan, Gürcüstan, Moldova, Latviya və Estoniyanın fəal gəncləri və gənclər təşkilatlarının nümayəndələri qatılıblar.
Layihə gənclərin fəallığını, könüllü fəaliyyət haqqında məlumatlılığını artırmaq, gənclərə könüllülük dəyərlərini mənimsətmək məqsədlərinə xidmət edir.
Layihə çərçivəsində qeyri-formal təhsil metodologiyasına əsaslanan təlimlər gənclərin sosial, kommunikativ və dil bacarıqlarının, eləcə də mədəniyyətlərarası əməkdaşlıq mühitində fəaliyyət imkanlarının inkişafı istiqamətlərini əhatə edib.
Tədbirdə SABAH qrupları tələbələrinin Azərbaycandakı könüllülük fəaliyyəti ilə bağlı təqdimatı nümayiş olunub. İştirakçılar tərəfindən yüksək qiymətləndirilən təqdimatda “Bakı 2015” 1-ci Avropa Oyunları zamanı ölkəmizdəki könüllülük fəlsəfəsindən danışılıb və iştirakçılara “SABAH-ın könüllüsü” proqramı haqqında ətraflı məlumat verilib.
Növbəti günlərdə iştirakçılar Avropa Parlamentinin nümayəndəsi Andrey Novakov ilə keçirilən görüşdə iştirak ediblər. Görüş zamanı A.Novakov öz könüllülük fəaliyyətindən danışıb, uğur hekayəsini iştirakçılar ilə bölüşüb. Layihə çərçivəsində iştirakçı ölkələr tərəfindən loqalar hazırlanıb və nümayiş olunub.
Tədbir çərçivəsində həmçinin, mədəniyyət gecəsi keçirilib. Mədəniyyət gecəsi Azərbaycanın milli mətbəxinin və rəqslərinin nümayiş olunması ilə yadda qalıb.
Məlumat üçün qeyd edək ki, “SABAH-ın könüllüsü” proqramı SABAH qrupları tələbələrinin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq, alınmış biliklərin praktikada tətbiqi, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir.
SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 39 ixtisas üzrə 755 tələbəni əhatə edir.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
