Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
SABAH qrupları üzrə baza ali təhsil müəssisələri və ixtisasların əhatə dairəsi genişlənir.
Belə ki, növbəti tədris ilindən 7 baza ali təhsil müəssisəsinin sırasına daha 4-ü – Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti də daxil olacaq. Bu, SABAH qrupları üzrə ixtisasların sayının artması ilə bağlıdır. Ötən tədris ilində SABAH qruplarına qəbul 5 ixtisas qrupu üzrə aparılırdısa, indi onların sayı 6-ya çatdırılıb.
Yeni tədris ilində SABAH qruplarında ümumilikdə 1636 tələbə təhsil alacaq. Bunlardan 755 nəfəri ötən tədris ilində, qalan 881 nəfəri yeni qəbul olunanlardır.
Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayıb. İlkin mərhələdə 7 ali təhsil müəssisəsində yaradılan SABAH qruplarında 39 ixtisas üzrə kadr hazırlığı aparıldığı halda, cari ildə ixtisasların ümumi sayı 45 olacaq.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
