Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
24 oktyabr BMT günü münasibətilə ayın 23-də “BMT uşaqların gözü ilə” inşa müsabiqəsinin qalibləri üçün bələdçi tur təşkil edilib.
24 oktyabr BMT günü münasibətilə ayın 23-də “BMT uşaqların gözü ilə” inşa müsabiqəsinin qalibləri üçün bələdçi tur təşkil edilib.
Tədbiri BMT-nin İctimai İnformasiya Departamentliyi və Təhsil Nazirliyi “Azərbaycan Respublikası dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın həyata keçirilməsi və idarəolunması üzrə işçi qrupu birlikdə keçirib. Xətai rayonundakı 3 saylı uşaq evi, Yeni Günəşli qəsəbəsindəki 2 saylı uşaq evi və SOS Uşaq Kəndinin sakinləri üçün təşkil edilmiş sessiyadakı “BMT uşaqların gözü ilə” inşa müsabiqəsində 14 uşaq qalib gəlib.
Bələdçi tur zamanı uşaqlar BMT-nin müxtəlif agentlik və proqramları ilə tanış olub. Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Əhali Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, İnsan Hüquqları üzrə Ali Komissarın ofisi, BMT-nin İnkişaf Proqramının əməkdaşları uşaqlara BMT-nin qlobal və ölkəmizdəki fəaliyyəti barədə məlumat veriblər.
BMT İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç və Dövlət Proqramı üzrə işçi qrupun rəhbəri Məlahət Hacıyeva qalibləri təbrik edərək bildiriblər ki, təhsil onların gələcək həyatlarında mühüm amildir.
Müsabiqənin qaliblərinə BMT-nin müxtəlif fond və agentlikləri tərəfindən hazırlanmış hədiyyələr verilib, eyni zamanda uşaqlara təhsil naziri Misir Mərdanovun və xanım Envera Selimoviçin imzaladığı sertifikatlar təqdim olunub.
Uşaqlar BMT-nin Azərbaycandakı Rrezident Əlaqələndiricisi cənab Bruno Pueza ilə də görüşublər. Cənab Pueza Birləşmiş Millətlər Təşkilatının məqsədi barədə ətraflı məlumat verərək bildirib ki, BMT məhz gələcək nəslin rifahı üçün çalışır.
Sonra uşaqlara BMT İctimai İnformasiya Departamentinin fəaliyyəti barədə film nümayiş etdirilib. Uşaqlar da özləri və yaşadıqları uşaq evləri barədə məlumat verib, rəqs, şer və mahnılardan ibarət proqram təqdim ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
