Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Yanvarın 21-də Bakıda işgüzar səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.
Yanvarın 21-də Bakıda işgüzar səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.
Sonra Təhsil Nazirliyində görüş keçirilib. Görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə qonaqları səmimi salamlayıb və xanım Nimət Çubukçunun nazir olaraq ilk səfərini Azərbaycana etməsini xüsusi qeyd edib. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən Misir Mərdanov iki ölkənin təhsil sahəsində qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkib. Nazir bugünkü görüşün tanışlıq xarakteri daşıdığını, yaradılan əlaqələrin daha da möhkəmləndirilməsi və təhsil sahəsindəki qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. Misir Mərdanov Türkiyənin ölkəmizdəki təhsil müəssisələrinin nümunəvi fəaliyyətindən də bəhs edib.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən xanım Nimət Çubukçu qardaş Azərbaycanda olmaqdan sevinc hissi duyduğunu qeyd edib. Qonaq Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri haqqında məlumat verib. Xanım Nimət Çubukçu bu görüşün birgə işbirliyinin genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümid bəslədiyini açıqlayıb və bildirib ki, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcək.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Türkiyə Respublikasının milli təhsil naziri xanım Nimət Çubukçu media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
