Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Dekabrın 1-də təhsil naziri Misir Mərdanov Avropa Komissiyasının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri cənab Alan Vaddamsla görüşüb.
Görüşdə ali və peşə təhsili üzrə bir sıra məsələlər, qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov qonağı salamladıqdan sonra son illər ölkəmizdə peşə təhsili sahəsi üzrə həyata keçirilən tədbirlər, bu sahəyə olan dövlət qayğısı, mövcud Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib. Nazir həmçinin Cənubi Koreyanın “DAEWOO” Şirkəti ilə yaradılan əlaqələr, “British Council” tərəfindən müəyyən layihələrin reallaşdırılmasından söz açıb. Misir Mərdanov Dünya Bankı ilə birgə həyata keçiriləcək II layihədə bu sahənin inkişafına geniş yer ayrıldığını qeyd edib.
Sonra nazir Avropa Təhsil Fondu ilə peşə təhsili sahəsi üzrə qurulan əlaqələrdən söz açıb. Bu sahənin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildiyindən danışan nazir bu il Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin fəaliyyətə başladığını qeyd edib. Eyni zamanda Misir Mərdanov müvafiq işin İsmayıllı rayonunda da aparıldığını diqqətə çatdırıb, eləcə də nəzərdə tutulan digər işlər haqqında məlumat verib. Ölkəmizin ali təhsil sahəsi üzrə bir sıra addımlar atıldığını diqqətə çatdıran nazir Avropa ali təhsil əlaqələri, ERAZMUS-MUNDUS, TEMPUS proqramları və Boloniya prosesi çərçivəsində görülən işlər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılan tədbirlər haqqında danışıb.
Cənab Alan Vaddams təhsil naziri Misir Mərdanova səmimi qəbul və ətraflı məlumat verdiyi üçün təşəkkür edib.
Sonra qonaq peşə təhsili sahəsi üzrə yeni layihədən söz açaraq onun məqsədinin ölkəmizdə peşə təhsilinin inkişafına yardım etmək olduğunu qeyd edib, eyni zamanda Avropa təhsil proqramları üzrə əlaqələrin daha da genişləndirilməsi məsələsinə də toxunub.
Görüşdə peşə təhsili kurrikulumunun hazırlanması, birgə əməkdaşlığın prioritet istiqamətləri, eləcə də digər vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
