Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bu gün məktəblərdə “Son zəng” qeyd olunur
Bu gün tədris həftəsi 5 günlük olan ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “son zəng” çalınıb.
2014-2015-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin XI sinfini 20501 şagird bitirib.
Son zəng ilə bağlı bir çox Bakı məktəblərində tədbirlər keçirilib. Son zəng münasibətilə Qaradağ rayonu 228 nömrəli tam orta məktəbdə böyük bayram proqramı təşkil edilib. Tədbirdə nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, Qaradağ rayonun icra başçısının müavini Təranə İsmayılova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, məktəbkollektivi və valideynlər iştirak ediblər.
Son zəng tədbirində Ceyhun Bayramov çıxış edərək 2014-2015-ci tədris ilində baş verən yeniliklərdən söz açıb. O, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi, bununla əlaqədar cənab Prezident İlham Əliyevin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin dərs yükü normasının 1,5 dəfə, vəzifə maaşlarının iki dəfə artırılması və sərəncamın müəllimlərin sosial rifahı baxımından önəmi, müəllimlərin işə başlayarkən andiçmə mərasiminin keçirilməsi kimi önəmli yenilikləri öz çıxışında xüsusilə vurğulayıb. Ceyhun Bayramov məzunlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində onun nailiyyətlərini daha da artırmağı arzulayıb.
Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib.
Qeyd edək ki, tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün "Son zəng” tədbiri isə mayın 30-da təşkil olunacaqdır.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini ilə görüşüb
02.06.2026 - 17:06 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
02.06.2026 - 16:10 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38
