Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Dekabrın 16-da Odlar Yurdu Universitetində ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı öz işinə başlayıb.
İki gün davam edəcək konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək dövlət başçımızın ali təhsilin inkişafına daim xüsusi diqqət yetirdiyini bildirib və son illər müvafiq istiqamətdə həyata keçirilən mühüm tədbirlər, imzalanmış fərman, sərəncam və digər sənədlər haqqında məlumat verib. Nazir əlavə edib ki, aparılan işlər sırasında xüsusi istedada malik gənclərin aşkar edilməsi mühüm yer tutur. Eyni zamanda Misir Mərdanov qeyd olunan məqsədlə Təhsil Nazirliyinin müxtəlif müsabiqə, elmi konfrans və fənn olimpiadaları keçirdiyini vurğulayıb. Nazir ali məktəb tələbələrinin elmi konfranslarının keçirilməsində əsas məqsədin onların elmi tədqiqat işinə maraqlarının artırılması, gənclərə elmi araşdırılmaların nəticələri üzrə fikir mübadiləsi aparmaq üçün imkan yaradılması olduğunu diqqətə çatdırıb.
Misir Mərdanov çıxışının sonunda konfransın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirərək iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə eyni zamanda ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadası qalibləri mükafatlandırılıb. Misir Mərdanov diqqətə çatdırıb ki, cari il oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində 10 fənn üzrə olimpiada keçirilib, münsiflər heyətinin qərarına görə 82 tələbə mükafata layiq yer tutub.
Mərasimin sonunda qaliblərə diplomlar, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi pul mükafatları və hədiyyələr təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
