Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bu günlərdə Sumqayıt şəhərindəki Nəriman Nərimanov adına Mədəniyyət Sarayında Sülh Korpusu könüllülərinin VI qrupu tərkibində ölkəmizə gəlmiş 61 amerikalının ənənəvi andiçmə mərasimi keçirilib.
Mərasimdə Sülh Korpusunun könüllüsü Linda Rives çıxış edərək Azərbaycana dəvət edildiyinə, eləcə də bütün könüllüləri evlərinə qəbul etmiş ailələrə, təmsil olunduğu təşkilatın əməkdaşlarına və digər qurumların nümayəndələrinə minnətdarlığını bildirib, qazandığı təcrübə və bilikləri azərbaycanlı uşaqlara öyrətməkdən məmnun olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, həmin könüllülərin 26 nəfəri “İngilis dilinin tədrisi proqramı” üzrə azərbaycanlı şagird və müəllimlərə bu dili öyrənmək üzrə kömək göstərəcəklər.
Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə Sülh Korpusunun Azərbaycandakı nümayəndəliyi arasında 2003-cü ildə imzalanmış Anlaşma Memorandumu əsasında ölkəmizin kənd rayonlarının ümumtəhsil məktəblərində “İngilis dilinin tədrisi proqramı” həyata keçirilir. Təşkilat “İqtisadi inkişaf” və “Gənclərin inkişafı” proqramları istiqamətində də iş aparır.
Azərbaycanda fəaliyyətə başladığı vaxtdan Sülh Korpusunun 145 nəfər könüllüsü ölkəmizin 44 bölgəsində proqram çərçivəsində ümumtəhsil məktəblərində şagirdlərin ingilis dili üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə müvafiq iş aparmışlar. Eyni zamanda şagirdlərin bu dildə sərbəst danışmaları üçün əlavə tədbirlər həyata keçirmiş, fənnə dair tədris metodikasının təkmilləşdirilməsi sahəsində müəllimlərə yaxından kömək göstərmişlər.
Onu da qeyd edək ki, 1961-ci ildə ABŞ-da yaradılan bu təşkilatın hazırda dünyanın 76 ölkəsində nümayəndəliyi vardır.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
