Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 10-da Təhsil Nazirliyində “2008-ci ildə təhsil sahəsində görülmüş işlər və 2009-cu ildə qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.

İclasda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, millət vəkilləri, Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov, ali məktəb rektorları, orta ixtisas təhsili müəssisələrinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, rayon və şəhər təhsil şöbələrinin rəhbər işçiləri, məktəb direktorları və digər şəxslər iştirak edib.
Kollegiya iclasını təhsil naziri Misir Mərdanov açaraq iştirakçıları salamlayıb.
 Sonra nazir 2008-ci ildə təhsil sahəsində görülmüş işlər və 2009-cu ildə qarşıda duran vəzifələrə dair məruzə-təqdimatla çıxış edib. Ölkə başçısı cənab İlham Əliyevin təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan Misir Mərdanov 2008-ci ildə 201, son 5 ildə isə 900-dən çox təhsil işçisinin Prezident sərəncamları ilə yüksək dövlət təltiflərinə layiq görüldüyünü bildirib. Təhsilin bütün pillələrində inkişaf dinamikasından danışan nazir bununla bağlı görülən işlər, həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər, gələcək perspektivlər haqqında geniş məlumat verib. Təhsil naziri daha sonra 2008-ci ildə təhsil sahəsində baş verən ən mühüm hadisələri kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov Azərbaycan təhsilinin son illər uğurla inkişaf etdiyini, onun məzmunun getdikcə yeniləşdiyini, keyfiyyət göstəricilərinin artması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Çıxışında nazir ölkəmizdə geniş vüsət almış məktəb tikintisindən, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, İKT ilə təminatı vəziyyətinə toxunaraq həmin istiqamətdə görülən işlərdən söz açıb.
Misir Mərdanov Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini qeyd edib.
Nazir orta ümumtəhsil məktəbləri üçün çap olunan dərsliklər, elektron dərs vəsaitləri, əlavə tədris materialları, 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə yeni kurrikulumlarla tədrisə başlanılması, Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlığı və digər məsələlər barəsində də geniş məlumat verib. Eyni zamanda nazir 2009-cu ildə qarşıda duran vəzifələrdən söz açıb.
Sonra məruzə ilə bağlı müzakirələr aparılıb.
Kollegiya iclasında çıxış edən millət vəkilləri, ali məktəb rektorları təhsil naziri Misir Mərdanovun geniş və məzmunlu məruzəsini yüksək qiymətləndirib, ölkəmizdə təhsilin getdikcə inkişaf etdiyini diqqətə çatdıraraq, bununla bağlı öz fikir və mülahizələrini qeyd ediblər.
(Bu barədə ətraflı məlumat saytın nazirlik bölümünün kollegiya materialları, çıxışlar lihkində)


10 il əvvəl