• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bakı-2015” I Avropa Oyunları ərəfəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan musiqisinin təbliği istiqamətində yeniliyə imza atıb.

Bu yenilik dünya musiqi xəzinəsində özünə layiqli yer tutmuş klassik musiqi irsimizi, muğam sənətinin incilərini şəhərimizin qonaqlarına tanıtmaqla bərabər, onların diqqətini Bakı Musiqi Akademiyasının memarlıq nümunəsi olan binasına cəlb edəcək.
Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova bildirib ki, tədris ocağının binası üzərində quraşdırılan xüsusi avadanlıqlar vasitəsilə səsləndirilən klassik və milli musiqi nümunələri növbəti aylarda I Avropa Oyunları ilə əlaqədar paytaxtımıza gələcək çoxsaylı qonaqların, şəhər sakinlərinin ovqatını oxşayacaq, onlarda xoş təəssürat və məmnunluq hissi yaradacaqdır.
 


9 il əvvəl