Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Yanvarın 15-də təhsil naziri Misir Mərdanov Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edib.
Nazir ötən gün Dünya Bankının dəstəyi ilə “Ali təhsildə yeni maliyyələşmə mexanizmləri” mövzusunda keçirilmiş seminardan söz açıb, burada qeyd olunan məsələlərin ali təhsilin maliyyələşdirilməsində mühüm əhəmiyyəti olacağını vurğulayıb. Nazir, həmçinin Litva və Azərbaycan arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsindən danışıb. Nazir Litvanın ali təhsil müəssisələrinin vauçer sistemi ilə fəaliyyət göstərdiyini nəzərə alaraq, bu ölkənin mövcud təcrübəsindən istifadə olunmasının zəruriliyini bildirib və Azərbaycanda da müvafiq sistemin tətbiq edilməsi məsələsindən söz açıb. Misir Mərdanov çıxışında maliyyələşmə üzrə aparılan islahatların təhsilin keyfiyyətinin artırılmasına və ali təhsil imkanlarının genişləndirilməsinə müsbət təsir edəcəyinə inamını ifadə edib.
Sonra nazir gələcəkdə Litva ilə Azərbaycan universitetləri arasında daha sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması və müvafiq sənədlərin imzalanması məsələsinə də toxunub.
Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyus Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Qonaq Litva və Azərbaycan təhsil əlaqələrinin tarixindən və onun səmərəliliyindən, öz ölkəsinin təhsil sistemində aparılan islahatlardan söz açıb. Azərbaycanın təhsil nazirini Litva Respublikasına dəvət edən Gintaras Steponaviçyus hər iki ölkənin ali və orta məktəbləri arasında əməkdaşlığın yaxşılaşdırılması ilə bağlı təkliflərini irəli sürüb.
Görüş zamanı tərəflər ali məktəblərdə vauçer sisteminin tətbiqi, düstur əsasında maliyyələşmə və digər mövzular ətrafında müzakirələr aparıblar.
Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas da görüşdə iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
