• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 24-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin və Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” filminin təqdimatı olub.

Tədbirdə  təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Avropa-Azərbaycan Cəmiyyətinin Parisdəki ofisinin rəhbəri Marie-Laetitia Gourdin, Azərbaycanın Dostları Assosiasiyasının sədri, Milli Assambleyanın deputatı Jan-Fransua Mansel iştirak ediblər.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışlar dinlənilib. Qeyd olunub ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu faciə insanlığa və bütün bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətdir.
Tədbirdə Xocalı soyqırımının dünya ictimaiyyətinə hərtərəfli çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ildən etibarən hər il “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasının keçirildiyi və bu kampaniyanın nəticəsi olaraq dünyanın onlarca ölkəsinin parlamenti tərəfindən Xocalı faciəsinin tanındığı bildirilib. Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar dünya ölkələrində silsilə tədbirlərin təşkil olunduğu, ilk dəfə Fransada “Sonsuz dəhliz” sənədli filminin nümayişinin həmin tədbirlərdən biri olduğu vurğulanıb.
Sonra Xocalı faciəsini əks etdirən “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.


9 il əvvəl