Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
2009-cu ildə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri 300-dən artıq olimpiya oyunları, dünya, Avropa çempionatı və digər mötəbər turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar.
Onlar beynəlxalq yarışlarda ümumilikdə 168 medal (57 qızıl, 51 gümüş, 60 bürünc) əldə ediblər.
Ötən il digər idmançılarımız kimi şahmatçılarımız üçün də uğurlu olub. Ötən ilin iyun ayında Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin komandası Bolqarıstanda keçirilən məktəblilərin Avropa komanda çempionatında yüksək nəticə əldə edərək müstəqillik dövründə ilk dəfə birinci yerə çıxıb. Həmin məktəbin yetirməsi Məmmədzadə Günay Türkiyənin Antalya şəhərində uşaq, yeniyetmə və gənclər arasında 6 yaş qrupu üzrə keçirilən dünya birinciliyində 8-10 yaşlılar arasında dünya çempionu adına layiq görülüb.
Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Qədimli Abdulla iyun ayında Gürcüstanın Batumi şəhərində keçirilən 8 yaşadək şahmatçılar arasında Avropa birincisi olub, Ucar rayon Şahmat Məktəbinin yetirməsi Xatın Bağırova Fransanın Nitsa şəhərində qadınlar arasında keçirilən beynəlxalq turnirdə I yerə çıxıb.
"Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialının yetirməsi Cəlilov Cəlil Macarıstanda keçirilən cüdo üzrə yeniyetmələrin dünya birinciliyində II, Sloveniyada keçirilən yeniyetmələrin Avropa birinciliyində II və Finlandiyada keçirilən yeniyetmələrin Olimpiya həftəsində I yeri tutaraq qızıl medal qazanıb. Həmin məktəbin digər yetirməsi Fəqan Eminoğlu isə Ermənistanda gənclər arasında keçirilən cüdo üzrə Avropa birinciliyində II yeri tutub.
Bakı şəhər 19 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Baxşəliyev Ələkbər Türkiyənin Anapa şəhərində keçirilən boks idman növü üzrə keçirilən məktəblilərin Avropa birinciliyində I yeri tutub.
Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Müşkiyev İlqar cüdo üzrə 55 kiloqram çəki dərəcəsində Türkiyədə kişilər arasında keçirilən beynəlxalq turnirdə III, Polşada keçirilən “A” kateqoriyalı beynəlxalq turnirdə I, Ermənistanda gənclər arasında keçirilən Avropa çempionatında II və Fransada keçirilən dünya çempionatında II yeri tutmağa nail olub.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
