• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası haqqında əsasnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
“21” dekabr 2009-cu il tarixli 1421 nömrəli əmri ilə
2 saylı əlavə təsdiq edilmişdir. 
 
 
 
1. ÜMUMİ MÜDDƏALAR
 
1. Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası multimedia dərsliklərinin və digər təlim vasitələrinin ha­zır­lan­ma­sı­nı, təhsil prosesində tətbiqini, elmi-metodiki resursların elek­tron bazasının yaradılmasını, istifadəsini, qiymətləndirilməsini və yayımını həyata keçirir.
2. Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Təhsil Qanununu, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasını (Milli Kurikulumunu) və digər müvafiq sənədlərin əsas müddəalarını, tələblərini və hazırkı Əsasnaməni rəhbər tutur.
 
2. ŞURANIN ƏSAS VƏZİFƏLƏRİ
 
2.1 Elektron resursların hazırlanmasına, istifadə edilməsinə, yayımına və qiymətləndirilməsinə dair tövsiyələr hazırlamaq;
2.2 Təhsil müəssisələrində və beynəlxalq təcrübədə bu sahədəki müsbət təcrübəni  öyrənmək və bu istiqamətdə fəaliyyəti daha səmərəli qurmaq üçün müvafiq tövsiyələr hazırlamaq;
2.3 Şura bütün növ rəqəmsal tədris vəsaitlərini qəbul edir, qiymətləndirir və nəticədən asılı olaraq müvafiq qrifin verilməsi və ya digər qərarlarla bağlı tövsiyələr hazırlayır.
 
3. ŞURANIN ƏSAS VƏZİFƏLƏRİ
 
3.1 Bütün ümumtəhsil orta məktəb kurikulumuna aid fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər komplektlərinin işlənməsi və yayımı üzrə tövsiyələrin hazırlanması;
3.2 Fənlər üzrə İKT-dən istifadəni əks etdirən yeni elmi-metodiki vəsaitlər kompleksinin    işlənilməsi və yayımı üzrə tövsiyələrin hazırlanması;
3.3 Elektron tədris və metodiki resurslar kataloqunun yaradılması və təhsil  portalında yerləşdirilməsi üzə tövsiyələrin hazırlanması;
3.4 Beynəlxalq standartlara əsaslanaraq elektron təhsil resurslar bazasının yaradılması, təhsil portalına və korporativ şəbəkəyə inteqrasiyası üzə tövsiyələrin hazırlanması;
3.5 Təhsil müəssisələrinin elektron resurs standartlarının və normativlərinin hazırlanması üzrə tövsiyələrin hazırlanması.
 
4. ŞURANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ
 
4.1 Şura Təhsil nazirliyi tərəfindən formalaşdırılır. Ekspert – məşvərət statusuna məxsus olan Şura öz fəaliyyətində müstəqildir.
4.2 Şuranın tərkibi Təhsil Nazirliyindən, Rabitə və İnformasiya Texnologiyaları      Nazirliyindən, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutundan, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislərdən, təhsil müəssisələrinin nümayəndələrindən, müstəqil ekspertlərdən və ictimai təşkilatların nümayəndələrindən ibarət olaraq formalaşdırılır.
4.3 Şura sədrdən və 14 (on dörd) şura üzvlərindən ibarətdir.
4.4 Şuranın fəaliyyət mexanizmləri Şura tərəfindən qəbul edilən Reqlament ilə müəyyən olunur.
4.5 Elektron resursların qiymətləndirilməsi ilə əlaqədar Şura kənar ekspertləri də cəlb edə bilər. Ekspertlər sırasına aşağıdakı şəxslər daxil ola bilərlər:
- sahə ilə əlaqəli mütəxəssislər;
- informasiya texnologiyaları üzrə mütəxəssislər;
- təhsil müəssisələrinin nümayəndələri;
- İctimai təşkilatların nümayəndələri.
4.5 Müraciətlərə baxılaraq Şuranın qəbul etdiyi qərarlar bütün maraqlı tərəflərə çatdırılır.
 
5. MƏHDUDİYYƏTLƏR
 
5.1 Şuranın üzvləri bu Şurada fəaliyyət göstərdikləri müddətdə öz elektron resurslarını və digər müvafiq dərsliklərin qiymətləndirmək üçün təqdim edə bilməzlər.