Əlavə ali (orta) ixtisas təhsili almaq haqqında əsasnamə
Əlavə ali (orta) ixtisas təhsili almaq haqqında
əsasnamənin təsdiqi barədə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
Ali (orta) ixtisas təhsili müəssisələrində “İkinci” ixtisas almaq haqqında əsasnamə qüvvədə olan müddətdə toplanmış təcrübəni, ali (orta) ixtisas məktəb kollektivlərindən daxil olan təklifləri və bu müəssisələrlə bağlı ali (orta) ixtisas təhsili məktəbləri ilə keçirilən müzakirələrin nəticələrini nəzərə alaraq əlavə ali (orta) ixtisas təhsili almaq məsələlərini tənzimləmək məqsədilə
ƏMR EDİRƏM:
1. “Əlavə ali (orta) ixtisas təhsili almaq haqqında Əsasnamə” təsdiq edilsin.
2. Əmr imzalandığı gündən qüvvəyə minsin və həmin tarixdən nazirliyin 11 oktyabr 1994-cü il tarixli, 595 saylı əmri ilə təsdiq olunmuş “İkinci ixtisas almaq haqqında Əsasnamə” və nazirliyin 22 mart 1995-ci il tarixli, 100 saylı əmrinin 1.3 bəndi qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının
Təhsil naziri
07 avqust 1996-cı il
№ 399
Əlavə ali (orta) ixtisas təhsili almaq haqqında əsasnamə
Ali təhsili olanlar əlavə ali və orta, orta ixtisas təhsili olanlar isə əlavə, yalnız orta ixtisas təhsili ala bilərlər. Əlavə ixtisas təhsili əyani, axşam və qiyabi təhsil formalarında həyata keçirilir.
1. Əlavə ixtisas təhsili almaq üçün əvvəlki ali (orta ixtisas) təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi və seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisələrində müsabiqə komissiyası tərəfindən müəyyən edilir. Əlavə təhsil almaq üçün qəbul Azərbaycan Respublikası “Təhsil Qanunu”, ali və orta ixtisas məktəblərinin nümunəvi əsasnamələri və bu əsasnamələr nəzərə alınmaqla hər bir təhsil müəssisənin öz nizamnaməsini və onunla müəyyənləşdirilmiş qaydalar əsasında yay tətili dövründə aparılır. Hər hansı təhsil müəssisəsində hazır əlavə ixtisas təhsili üzrə qəbulun miqdarı, maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla təhsil müəssisəsinin özü tərəfindən müəyyənləşdirilir.
2. Bu əsasnamənin birinci bəndinin şərtlərinə uyğun gəlməyən şəxslər əlavə ixtisas təhsili almaq üçün dövlət tərəfindən müəyyən olunmuş qaydada qəbul imtahanları verərək ali (orta ixtisas) məktəblərinin birinci kursuna qəbul oluna bilərlər.
3. Əlavə ixtisas təhsili müvafiq ixtisas üzrə bakalavr (kiçik mütəxəssis) pilləsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi, eləcə də ixtisas fənləri bölümlərini əhatə etməklə dinləyicini əvvəlcə aldığı ixtisasın baza təhsil proqramı ilə onun təhsil almaq istədiyi yeni ixtisasın baza təhsil proqramı arasındakı fərqi nəzərə almaqla hazırlanmış - qısaldılmış təhsil proqramları əsasında aparılır. Bu proqramlar Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Təhsil Nazirliyi tədris proqramlarının təhsil proqramlarına uyğunluğuna nəzarət edir.
Əlavə təhsil müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə (şöbələrdə) aparılmalıdır.
Həmin proqram və tədris planı əsasında ali (orta ixtisas) təsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (kiçik mühənsdis) haqqında diplom verilir. Həmin şəxslər müəyyən qaydada təhsillərini magistraturada (orta ixtisas təhsili məktəblərini qurtaranlar təhsillərini bakalavriatda) davam etdirə bilərlər. Əvvəl aldığı ixtisasın təhsil proqramında mənimsənilən fənlərin məzmununa qoyulan təlabat yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda tələbə həmin fənlər üzrə dərslərdən və attestasiyadan azad olunur.
4. Əlavə ixtisas almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- təhsil müəssisəsi rəhbərinin adına ərizə;
- təhsil haqqını ödəmək haqqında təminat müqavilə;
- ali və ya orta ixtisas təhsili haqqında sənədin (diplomun) surəti və qiymət kitabçasından
çıxarış;
- əmək kitabçasından çıxarış;
- sağlamlıq haqqında arayış.
5. Əlavə ixtisas alanların təhsil xərclərinin miqdarı müvafiq ixtisas üzrə əyani formada təhsil alan bir tələbəyə sarf edilən illik xərcdən az olmamaqla ali (orta ixtisas) təhsil müəssisəsinin özü tərəfindən müəyyən edilir və bütün təhsil müddəti ərzində sabit saxlanılır.
Qruplarda tələbələrin sayı 12-25 nəfər müəyyən edilir. Tələbələrin sayı göstəriləndən az olduqda onların təhsil alma formaları öz razılıqları əsasında təhsil müəssisəsinin rəhbəri tərəfindən müəyyənləşdirilir.
Oxuduqları ali (orta ixtisas) məktəbin tələbələri üçün müəyyən olunmuş imtiyazlar və güzəştlər əlavə ixtisas təhsili alan şəxslərə də şamil edlir.
Mütəxəssis hazırlamaq işinin çevikliyini və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədilə Azərbaycan Respublikası “Təhsil Qanunu”na uyğun olaraq Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əlavə ixtisas təhsili forması fəaliyyət göstərir. Bu formada təhsil idarə, təşkilat və ayrı-ayrı şəxslərlə müvafiq təhsil müəssisələri arasında bağlanmış fərdi müqavilələr əsasında ödənişli formada həyata keçirilir.