• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikasında ali təhsilin çoxpilləli strukturu haqqında müvəqqəti əsasnamə

Azərbaycan Respublikası Təhsil Nazirinin
07 may 1993-cü il tarixli, 399 nömrəli əmri
ilə təsdiq edilmişdir.

 

 
Ümumi qaydalar
 
1. Azərbaycan Respublikasında çoxpilləli ali təhsil strukturunun təsdiq edilməsi xalq təsərrüfatının tələbatına əsasən mütəxəssisin elmi, professional və ümumi hazırlığını dünya standartlarına uyğun təmin edir.
2. Bu strukturda inkişaf etmiş ölkələrdə ali təhsilin inkişaf təcrübəsindən, YUNESKO tərəfindən qəbul edilmiş təhsilin Beynəlxalq standartlarından istifadə olunur.
3. Hal-hazırda təhsil alan tələbələr üçün mövcud təhsil sistemi saxlanılmaqla, yeni çoxpilləli təhsil sisteminə keçid 1993/1994-cü ildən başlanır.
 
Ali təhsil strukturunun xüsusiyyətləri
 
1. Ali təhsilin əsasını təhsilin istiqamətləri üzrə elm, texnika və mədəniyyətin bütün sahələrini əhatə edən təhsil-peşə proqramları təşkil edir və şəxsiyyətə insan və cəmiyyət, tarix və mədəniyyət haqqında sistemli biliklərə yiyələnmək, təhsilin istiqamətləri üzrə əsaslı elmi və peşə bilikləri almaq imkanları yaradır.
2. Azərbaycan Respublikası Ali təhsil tədris müəssisələrinin kadr potensialını, maddi-texniki bazasını nəzərə almaqla ixtisasların xüsusiyyətlərindən asılı olaraq üçpilləli (bakalavr, magistratura, doktorantura) təhsil həyata keçirilir.
3. Birinci pillədə (bakalavr) təhsil müddəti 3-4 il nəzərdə tutulur.
4. Ali təhsil müəssisələrinin “bakalavr” pilləsində tələbələr əsasən bütün fənlər, o cümlədən
xarici dildən (həmin fənlərin tədrisi başa çatarkən) müvafiq kafedra qarşısında yekun dövlət imtahanları verirlər.
5. Birinci pilləni müvəffəqiyyətlə başa vurmuş məzunlara (reytinqini göstərməklə) fakültə elmi şurasının qərarı ilə “bakalavr” ixtisası və elmi dərəcəsi verilir. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq “bakalavr” dərəcəsi verilə bilər.
6. Birinci pillədə “bakalavr” ixtisas və elmi dərəcəsi alan və müvafiq reytinq qazanmış məzunlar təhsillərini magistraturada davam etdirə bilər. Reytinqi aşağı olanlar isə istehsalatda ən azi iki il işləyib ümumi qaydada magistraturaya qəbul oluna bilər.
7. Magistratura üçün keçirilən müsabiqədə birpilləli ali məktəblərin müvafiq reytinq qazanmış məzunları da iştirak edə bilərlər.
8. Magistraturada təhsil müddəti 2 (iki) il nəzərdə tutulur. Magistraturada dərin ixtisaslaşdırma aparılır, elmi araşdırma bacarığı və vərdişlərin formalaşdırılmasına, xarici dillərin öyrənilməsinə ciddi fikir verilir.
9. Magistraturanı bitirənlər müdafiə etdikləri elmi işə görə ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə “magistr” ixtisas və elmi dərəcəsi alır və ixtisas üzrə fəaliyyətə başlayırlar.
10. “ Magist” dərəcəsi verilərkən xüsusi elmi hazırlıq, bacarıq və konkret elmi nəticə nümayiş etdirmiş məzunlar ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə üçüncü pillədə - doktoranturada saxlanılır və mövcud qaydada təhsillərini davam etdirilər.
11. “ Magist” dərəcəli mütəxəssislər ali məktəblərin bakalavr pilləsində (habelə, birpilləli ali məktəblərdə), elmlər doktorları və namizədlər isə “ Magistratura” pilləsində (habelə, elmi-tədqiqat mərkəzlərində) və müxtəlif pillədən olan təhsil müəssisələrində fəaliyyət göstərə bilərlər.
Elm sahələri, istiqamətlər və ixtisasların siyahısı bütün pillələr üzrə Respublika ali və orta ixtisas təhsili Nazirliyi tərəfindən təsdiq olunur.