Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarı ilə təsdiq edilmiş "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 191; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857) ilə təsdiq edilmiş "Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5-ci hissədə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin və yerli təhsil şöbələrinin" sözləri "yerli icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin;
1.2. 28-ci hissədə "Təhsil Nazirliyi" sözləri "yerli icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin;
1.3. 33-cü hissədə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi" sözləri "yerli icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 2 mart 2012-ci il
№ 54