• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamə

AZƏRBAYCAN RESPUBLİKASI MƏKTƏBƏQƏDƏR TƏRBİYƏ MÜƏSSİSƏLƏRİNİN NÜMUNƏVİ ƏSASNAMƏSİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI
 

 

Azərbaycan  Respublikası   Nazirlər   Kabineti
 

QƏRARA  ALIR: 
 

Azərbaycan Respublikası Təhsil  Qanunun  30-cu  maddəsinə müvafiq olaraq, məktəbəqədər tərbiyə müəssisələrinin nümunəvi Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).   
 

F.Quliyev
Baş nazirin vəzifəsini icra edən 
Bakı şəhəri,  17 yanvar 1995-ci il
№ 12



Azərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında

əsasnamə 

 

I.Ümumi müddəalar 
 

1. Azərbaycan Respublikası məktəbəqədər tərbiyə müəssisələri fasiləsiz milli təhsilin həyata keçirilməsində ilkin pillə olmaqla milliyətindən, cinsindən, dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan bütün məktəbəqədər yaşlı uşaqların (valideynlərin arzusuna uyğun olaraq) tərbiyəsi və təhsilə hazırlanması ilə məşğul olur.

2. Mətəbəqədər tərbiyə müəssisələrini dövlət orqanları, müəssisə, idarə və təşkilatlar, bütün mülkiyyət formalarından olan yerli və xarici birliklər, hüquqi şəxslər, ictimai birlik və təşkilatlar, ayrı-ayrı vətəndaşlar təşkil edə bilər.

3. Məktəbəqədər tərbiyə müəssisələri tabeliyindən asılı olmayaraq uşaqların ictimai tərbiyəyə cəlb edilməsində ailə və cəmiyyətin təlabatını ödəyir, milli və ərazi xüsusiyyətlərinə uyğun olaraq məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini təmin edir.

4. Məktəbəqədər tərbiyə müəssisələri öz fəaliyyətində Azərbaycan Respublikasının “Təhsil haqqında Qanunu”nu, qanunvericilik və digər normativ aktları, habelə bu Əsasnaməni və öz Nizamnaməsini rəhbər tutur.

5. Məktəbəqədər tərbiyə müəssisələri uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun tərbiyə-təlim prosesinin təşkili, onların sağlamlığının mühafizəsi, ilkin təhsilə hazırlanması üçün təhsil orqanları, valideynlər və ictimaiyyət qarşısında məsuliyyət daşıyır.

6. Dövlət məktəbəqədər tərbiyə müssisələrinin inkişafı üçün təminat verir, tərbiyə və təlimin məzmununu müəyyənləşdirir, onların zəruri maddi-texniki ehtiyaclarını ödəyir, kadrlarla, proqramlarla, tədris-metodiki ədəbiyyatlarla, oyun avadanlıqları ilə təmin edir.        

7. Məktəbəqədər müəssisələrdə təlim dövlət dilində aparılır. Tərbiyə-təlim prosesinin başqa dildə aparılması validenlərin (onları əvəz edən şəxslərin) arzuları, yerli imkanlar, pedaqoji kadr və tədris təminatı nəzərə alınmaqla, məktəbəqədər tərbiyə müəssisəsi tərəfindən həll edilir.

8. Tərbiyə alan uşaqların maraq, qabiliyyət və istedadlarının inkişaf etdirilməsi üçün lazımi şərait və imkan yaratmaq məqsədilə müxtəlif növ məktəbəqədər tərbiyə müəssisələri yaradıla bilər. Belə müəssisələr təsisçinin təsdiq etdiyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qeydə alınmış nizamnamə əsasında fəliyyət göstərir.    
 

II. Məktəbəqədər tərbiyə müəssisələrinin strukturu, tipləri və fəaliyyətinin əsasları 
 

9. Məktəbəqədər tərbiyə müəssisəsi dövlət və qeyri-dövlət müəssisəsi ola bilər.

Məktəbəqədər tərbiyə müəssisələri aşağıdakı tiplərə bölünür:

- körpələr evi;

- körpələr ev-uşaq bağçası;

- uşaq bağçası;

- əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələri;

- məktəb-uşaq bağçası.

10. Məktəbəqədər tərbiyə müəssisələri uşaqların yaşından aslı olaraq qruplar üzrə təşkil edilir:

- körpələr evlərində və körpələr evi-uşaq bağçalarında körpə qrupları:
 

kiçik körpələr qrupu  2 aylıqdan 1 yaşadək
orta körpələr qrupu 1 yaşdan 2 yaşadək
böyük körpələr qrupu 2 yaşdan 3 yaşadək

 

- uşaq bağçasında və körpələr evi-uşaq bağçasında məktəbəqədər qrup;
 

kiçik körpələr qrupu  3 aylıqdan 4 yaşadək
orta körpələr qrupu 4 yaşdan 5 yaşadək
böyük körpələr qrupu 5 yaşdan 6 yaşadək

 

11. Əqli və ya fiziki inkişafında qüsurlar olan uşaqlar üçün aşağıdakı müəssisələr təşkil olunur

- nitqi qüsurlu uşaqlar üçün məktəbəqədər müəssisələr və ya qruplar;

- eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün məktəbəqədər müəssisələr və  qruplar; 

- görmə qabiliyyəti pozulmuş uşaqlar üçün məktəbəqədər müəssisələr və qruplar;

- dayaq-hərəkət orqanları qüsurlu uşaqlar üçün məktəbəqədər müəssisələr və qruplar;

- psixi inkişafı ləngiyən uşaqlar üçün məktəbəqədər müəssisələr və qruplar;

- intellekti pozulmuş (zehni inkişafı geri qalan) uşaqlar üçün məktəbəqədər müəssisələr və qruplar;

- vərəm infeksiyasının ilkin inkişafı və onun sönmüş formaları ilə xəstələnən uşaqlar üçün sanator tipli məktəbəqədər müəssisələr;

- tez-tez xəstələnən uşaqlar üçün sanator tipli məktəbəqədər müəssisələr və qruplar;

Ehtiyac olarsa, başqa profilli məktəbəqədər müəssisələr də təşkil edilə bilər.

Anomal uşaqlar üçün xüsusi təyinatlı məktəbəqədər müəssisələrin təşkili qaydaları respublikanın təhsil və səhiyyə orqanları tərəfindən birgə müəyyən edilir.

Əqli və ya fiziki qüsura malik olan uşaqlar ümumi təyinatlı məktəbəqədər müəssisələrə qəbul olunmur.

12. Məktəbəqədər tərbiyə müəssisələrinin əsas vəzifəsi ailənin və cəmiyyətin mənafeyinə uyğun olaraq, uşaqların hərtərəfli inkişafına nail olmaq, onları təhsilə hazırlamaq, fiziki və psixi sağlamlıqlarını mühafizə etmək və möhkəmləndirmək, fərdi qabiliyyətlərini məqsədyönlü surətdə inkişaf etdirmək, xarakterlərinin başlıca cəhətlərini formalaşdırmaq və inkişaflarındakı çatışmazlıqları aradan qaldırmaqdır.

13. Məktəbəqədər müəssisənin vəzifələri ərazi və digər şəraitə uyğun müəyyən olunur və məktəbəqədər müəssisənin tipindən, onun Nizamnaməsindən və məktəbəqədər müəssisə ilə hər uşağın valideyni (və ya onu əvəz edən şəxs) arasında olan müqavilədən asılı olaraq konkretləşdirilir. Valideyn müqaviləsi məktəbəqədər müəssisə ilə uşağın valideyni və ya onu əvəz edən şəxs arasında tərbiyə, təlim, xidmət, sağlamlaşdırma sahəsindəki hüquqi münasibətləri müəyyən edən sənəddir.
 

III. Məktəbəqədər müəssisələrdə işin təşkili 
 

14.  Məktəbəqədər müəssisə xüsusi layihə ilə tikilmiş və ya iqlim, ekoloji vəziyyəti nəzərə alaraq yanğından mühafizə qaydalarına, müasir tələblərə cavab verən uyğunlaşdırılmış binalarda təşkil edilir.

15. Məktəbəqədər müəssisənin iş rejimi bağçanın pedaqoji və rayon (şəhər) təhsil şuralarında qəbul edildikdən sonra müvafiq təhsil idarəsi (şöbəsi) və ya müəssisəsinin tabe olduğu idarə, təşkilat, müəssisə tərəfindən təsdiq edilir:

- məktəbəqədər müəssisə və ya onun ayrı-ayrı qrupları həftədə 5, 6, 7 günlük və ya gecə-gündüz, bir və ya 2 istirahət günü ilə, eləcə də dəyişkən qrafik ilə işçilərə istirahət günü verməklə işləyə bilər;

- valideynlərin arzusu ilə məktəbəqədər müəssisədə səhər, axşam, günüuzadılmış rejimlə və eləcə də, şənbə, istirahət və bayram günləri işləyən növbətçi qruplar təşkil oluna bilər;

- xüsusi təyinatlı məktəbəqədər müəssisələrin iş rejimində lazımi korreksiya-tərbiyə işlərinin aparılması xüsusiyyəti müəyyən edilir;

- məktəbəqədər müəssisələrin və ya ayrı-ayrı qrupların işə başlama və qurtarma müddəti valideynlərin arzusu ilə (səhər saat 7-dən tez, axşam saat 19-dan gec olmayaraq, növbətçi qruplar 20-dən gec olmayaraq) müəyyən edilir;

- valideynlərin arzusuna əsasən rayon (şəhər) təhsil şöbələrinin qərarı ilə məktəbəqədər müəssisədə 1-2 saat işləyən qruplar, gəzintili qruplar, idman- sağlamlaşdırma tədbirli qruplar, uşaqların musiqi, estetik və bədən tərbiyəsini inkişaf etdirən qruplar, uşaqları məktəbə hazırlayan qruplar, əqli və fiziki cəhətdən qüsurlu uşaqların təlimi üzrə qruplar və s. təşkil edilə bilər, belə olduqda həmin müəssisəyə müntəzəm gələn uşaqların mənafeyinə ziyan dəyməməlidir.

Valideynləri qabaqcadan yazılı xəbərdarlıq etməklə, onlar üçün əlverişli vaxtda uşaqları bağçaya gətirə və apara bilərlər. Bununla bərabər, valideynlər fizioloji cəhətdən əsəslandırılmış gün rejiminə riayət etməli və məktəbəqədər müəsisədə təlim-tərbiyə prosesini pozmamalıdırlar.

16. Məktəbəqədər müəssisə maddi vəsaitə, uşaqların normal böyüməsi və inkişafı üçün zəruri olan ərzağa təlabatı müəyyənləşdirir. Uşaqların yeməyi məktəbəqədər müəssisənin iş rejimi və digər xüsusiyyətləri nəzərə alınmaqla təşkil edlir.

17. Uşaqlara səhiyyə xidməti müəssisəyə təhkim olunmuş müvafiq müəssisənin tibbi heyəti tərəfindən həyata keçirilir. Tibbi heyət məktəbəqədər müəssisənin rəhbərliyi ilə birlikdə uşaqların sağlamlığı və inkişafı, müalicə-profilaktik tədbirlərin keçirilməsi, sanitar-gigiyenik normalara riayət olunması, uşaqların rejimlə yeməyinin təşkili, onların fiziki və əqli yükünün həcmi üçün məsuliyyət daşıyır.

18. Uşaqlarla müalicə-profilaktika işi və məktəbəqədər uşaq müəssisələrinin tibbi kadrlarla təmin edilməsi tabeliyindən asılı olmayaraq, səhiyyə orqanları tərəfindən həyata keçirilir.    
 

IV. Məktəbəqədər tərbiyə müəssisələrinin uşaqlarla komplektləşdirilməsi 
 

19. Məktəbəqədər müəssisələrin uşaqlarla komplektləşdirilməsi tabeliyindən asılı olduğu müəssisənin təsisçisi tərəfindən həyata keçirilir.

20. Xüsusi təyinatlı məktəbəqədər müəssisələrə və qruplara uşaqların göndərilməsi respublika (vilayət, rayon, şəhər) tibbi-pedaqoji komissiyası, sanator tipli müəssisələrə isə ərazi müalicə-profilaktika müəssisəsi və müvafiq dispanser tərəfindən həyata keçirilir.

21. Təhsil orqanları idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin razılığına əsasən, göndərişlə valideynləri həmin idarə, müəssisə, təşkilatlarda işləməyən uşaqların 20 faizini təşkilat bağçalarına yerləşdirə bilər.

22. Ümumi təyinatlı məktəbəqədər uşaq müəssisələrinə ilk növbədə işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, çoxuşaqlı ailələrin uşaqları, qəyyumluğa götürülmüş uşaqlar, kor və kar valideynlərin, ataları hərbi və ya xidməti borcunu yerinə yetirərkən həlak olmuş hərbi və mülki şəxslərin uşaqları, əkiz uşaqlar qəbul olunurlar.

23. Ümumi təyinatlı məktəbəqədər müəssisələrə uşaq qəbulu müdir tərəfindən aşağıdakı sənədlər üzrə həyata keçirilir: valideynlərin (onları əvəz edən şəxslərin) ərizəsi, uşağın sağlamlığını əks etdirən inkişaf tarixindən çıxarış, yoluxucu  xəstələrlə təmasda olmaması haqqında, valideynlərin gəliri barəsində və yaşayış yerindən arayış. 

24. Xüsusi təyinatlı məktəbəqədər müəssisələrə uşaqların qəbulu zamanı əlavə tibbi-pedaqoji komissiyanın qərarı da təqdim olunmalıdır.

25. Valideynlərin və ya onları əvəz edən şəxslərin arzusu ilə, məktəbəqədər müəssisədə uşağın tərbiyə olmasına mane olan vəziyyət barədə tibbi rəy olarsa, uşaq üzürlü səbəb olmadan bir aydan artıq məktəbəqədər müəssisəyə gəlməzsə, valideyn haqqı müəyyən olunmuş müddətdən sonra iki həftə ərzində ödənilməzsə, təhsil şurası tərəfindən dövlət məktəbəqədər uşaq tərbiyə müəssisələrindən uşaqlar xaric edilə bilər.

26. Uşağın xaric edilməsi haqqında valideynlərə 7 gün əvvəl məlumat verilir. Bağlanmış müqavilədə öz əksini tapmadığı halda, valideynlərin iş yerlərinin dəyişməsi ilə əlaqədar olaraq uşaqların məktəbəqədər müəssisədən xaric edilməsi qəti qadağandır. 

27. Məktəbəqədər müəssisələrdə uşaqların yerinin saxlanılması qaydası yerli şərait nəzərə alınmaqla, müəssisənin Nizamnaməsinə əsasən müəyyən edilir. 

28. Qeyri-dövlət məktəbəqədər müəssisələrdə uşaqların qəbulu, xaric edilməsi, yerlərin saxlanılması qaydaları müəssisə ilə valideynlər arasında bağlanmış müqavilə əsasında müəyyənləşdirilir.

29. Ümumi təyinatlı körpələr evində uşaqlar 2 aylıqdan 3 yaşadək, uşaq bağçasında 3 yaşdan 6 yaşadək, körpələr evi-uşaq bağçasında 2 aylıqdan 6 yaşadək qəbul edilirlər.

30. Məktəbəqədər müəssisənin gecə-gündüz qruplarına qəbul edilmiş uşaqların yaş tərkibi müəssisənin ümumi yığıncağında müəyyənləşdirilir.

Qruplarda uşaqların sayı aşağıdakı qaydada müəyyənləşdirilir:

Ümumi təyinatlı məktəbəqədər müəssisədə:
 

1 yaşadək 10 uşaq
1 yaşdan 3 yaşadək

15 uşaq

3 yaşdan yuxarı 20 uşaq 

 

                                   Sanator tipli uşaq müəssisələrində

 

                                                          

   3 yaşadək  3 yaşdan 
6 yaşadək

ərəm intoksikasiyası olan uşaqlar üçün (sanator qrupları) 

10 -12 15

tez-tez xəstələnən uşaqlar üçün (sanator qruplarda)

15 20

bütün birləşmiş ağır anomaliləri olan uşaqlar üçün 

6 6

 

31. Yaş qruplarının komplektləşdirilməsi və onların digər yaş qruplarına keçirilməsi işi hər ilin may ayından başlayaraq avqust – sentyabr aylarınadək həyata keçirilir, boşalan yerlərə isə uşaqların qəbulu il ərzində aparılır.Uyğunlaşma məqsədilə yeni daxil olmuş erkən yaşlı uşaqların həmin yaş qruplarına qəbul olunmasına ay ərzində icazə verilir.

32. Məktəbəqədər müəssisədə tədris ili sentyabr ayının birindən başlayır. (Əgər ümumtəhsil məktəblərində dərs ili başqa vaxta keçirilərsə, ona uyğun olaraq, məktəbəqədər müəssisələrdə də vaxt dəyişdirilir.)  
 

V. Məktəbəqədər müəssisələrin idarə olunması və ona rəhbərlik 
 

33. Məktəbəqədər müəssisənin fəaliyyətinə rəhbərliyi müdir həyata keçirir.

Ali ixtisas təhsilli, 3 ildən az olmayaraq ixtisasa uyğun iş stajına malik şəxslər müdir təyin edilə bilərlər ( Müstəsna hallarda orta ixtisas təhsilə, 5 ildən az olmayaraq iş stajına malik şəxslər nazirliyin razılığına əsasən, müdir təyin edilə bilərlər.). Təhsil sistemində olan uşaq müəssisəsinə müdir yerli təhsil orqanları, tabelikdə olan uşaq bağçalarına isə təhsil orqanlarının göndərişinə əsasən, müəssisə rəhbərliyi tərəfindən təyin edilir. Müdir həmin müəssisənin Nizamnaməsinə əsasən, 5 il müddətinə (2 müddətdən artıq olmayaraq) seçilir. O, özünü doğrultmazsa, Nizamnaməyə müvafiq geri çağırıla bilər. Seçkili vəzifə tutmuş müdir vəzifədən vaxtından əvvəl azad oluna bilər. Müdir məktəbəqədər müəssisənin bütün fəaliyyətinə rəhbərlik edir, tabe olduğu təşkilatın rəhbərliyi, valideynlər, müəssisənin işçiləri qarşısında, uşaqların mühafizəsi və sağlamlığı, kadrların seçilib yerləşdirilməsi və tərbiyəsi, təşkilati-pedaqoji, maliyyə-təsərrüfat və məktəbəqədər müəssisənin digər fəaliyyəti, kollektivdə müsbət psixoloji iqlim şəraitinin yaradılması üçün fərdi məsuliyyət daşıyır. O, fəaliyyəti haqqında tabe olduğu orqan qarşısında vaxtaşırı hesabat verir.  

34. Məktəbəqədər müəssisənin müdiri:

- bütün dövlət, kooperativ, ictimai təşkilatlarda, müəssisələrdə və idarələrdə etibarnaməsiz hərəkət edərək, məktəbəqədər müəssisəni təmsil edir;

­ məktəbəqədər müəssisənin səlahiyyəti daxilində əmr və sərəncamlar verir, bütün işçilərə icra etmək üçün iş tapşırır, lazım gələrsə, intizam tənbehi edir;

- məktəbəqədər müəssisə şurasının qərarlarının həyata keçirilməsini təmin edir;

- uşaq bağçasında tərbiyə-təlim proqramının yerinə yetirilməsinə nəzarət edir; 

- müəssisənin uşaqlarla komplektləşdirilməsini təmin edir;

- valideyn komitəsinin işini istiqamətləndirir;

- uşaqların həyatının, sağlamlığının qorunması, rasional yemək, sanitar-gigiyenik, yanğından mühafizə və digər tələblərin icrasını təmin edir;

- məktəbəqər müəssisə nəzdində müxtəlif xidmət bölmələrinin yaradılması və ləğv edilməsi məsələlərini həll edir;

-ictimai təşkilatlarla birlikdə məktəbəqədər müəssisənin işçilərinin

attestasiyadan keçməsinə optimal şərait yaradır, onlara metodik kömək göstərir;

-məktəbəqədər müəssisənin müdiri mövcud qanunvericilik çərçivəsində pedaqoji kadrları və məktəbəqədər müəssisənin rəhbərliyini müdafiə edən tədbirlər görür;

-məktəbəqədər müəssisədə iaşə üzərində ictimai nəzarəti təşkil edir.

35. Tərbiyə-təlim prosesinin yüksəldilməsini təmin etmək məqsədilə işçilərin ümumi iclaslarının qərarına əsasən, müvafiq əsasnaməyə uyğun pedaqoji vəzifələri həll etmək məqsədilə müəssisə şurası yaradılır. Şuranın tərkibində həmin müəssisənin işçiləri, valideynləri, hami təşkilatlar və əlaqədar idarələrin nümayəndələri daxil olur.

36. Pedaqoji şura:

- məktəbəqədər müəssisənin tərbiyə-təlim prosesinin inkişafı istiqamətini müəyyən edir;

- məktəbəqədər müəssisədə tərbiyə-təlim proqramını qəbul edir, lazım gəldikdə müəllif proqramını işləyir, müzakirə və təsdiq üçün nazirliyin vahid elmi-metodiki şurasına təqdim edir;

- müxtəlif qruplarda aparılan metodik işi istiqamətləndirir, eləcə də, tərbiyə- təlim prosesinin digər məsələlərin məzmununu, forma və metodlarını nəzərdən keçirir və təsdiq edir;         

- kadrların hazırlığı və ixtisasının yüksəldilməsi məsələlərini nəzərdən keçirir;

- valideyn müqaviləsini təsdiq edir, məktəbəqədər müəssisədə əlavə xidmətlərin təşkilinin mümkünlüyünü müəyyən edir;

- şura öz iclaslarını protokollaşdırır, 1-2 qruplu məktəbəqədər müəssisədə il ərzində 2 dəfə, 3-5 qruplu müəssisədə rübdə 1 dəfə, 6-12 qruplu müəssisədə 2 ayda 1dəfə müəssisə şurası keçirir.

37. Məktəbəqədər dövlət müəssisəsində ali idarəetmə orqanı əmək kollektivinin və valideynlərin daxil olduğu ümumi yığıncaqdır:

- ümumi yığıncaq məktəbəqədər müəssisənin Nizamnaməsini əsas tutaraq, kollektiv müqavilələrə baxır və həmkarlar  komitəsinə səlahiyyət verir ki, əmək kollektivi adından rəhbərliklə birlikdə müqaviləni imzalasın;               

- rəhbərliyin və həmkarlar komitəsinin təqdimatına əsasən, daxili əmək intizamı qaydalarını təsdiq edir;

- uşaqların sağlamlığının mühafizəsi, onların bədən tərbiyəsi, sağlamlıq, tərbiyə-təlim işlərinin keyfiyyətinə və məktəbəqədər müəssisənin fəaliyyətinin digər vacib məsələlərinə nəzarət edir;

- mövcud fondlardan istifadə haqqında qərar qəbul edir, kollektivin digər sosial inkişafı məsələlərini həll edir;

- kadrların hazırlığı və ixtisasının artırılması, daxili intizam qaydalarına riayət olunması məsələlərinə baxır və onun möhkəmləndirilməsi üçün tədbirlər müəyyənləşdirir;

- ayrı-ayrı işçilərin öz vəzifələrini yerinə yetirmələri haqqında onları dinləyir və yaradıcı axtarışları müdafiə edərək, işdə qazandıqları nailiyyətlərinə görə onları maddi və mənəvi cəhətdən həvəsləndirmək üçün təkliflər verir.

38. Ümumi yığıncaqda qəbul olunmuş qərarlar uşaqların mənafeyinə zidd olarsa, müəssisənin müdiri yuxarı təhsil orqanları qarşısında məsələ qaldırır.

 

VI. Məktəbəqədər müəssisənin tərbiyə-təlim işləri sahəsində hüquqları və vəzifələri

 

39. Məktəbəqədər müəssisə tərbiyə-təlim müəssisəsi olmaqla sosial funksiyalarla yanaşı uşaqların tərbiyəsini və təlimini bu Əsasnaməyə və öz Nizamnaməsinə uyğun qurur.

40. Məktəbəqədər müəssisənin tərbiyə-təlim üzrə konkret vəzifələri müvafiq proqram-metodik sənədlərlə, məktəbəqədər müəssisənin Nizamnaməsi ilə müəyyənləşdirilir.

41.Məktəbəqədər müəssisə Respublika Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlar kompleksindən proqram seçə bilər. Eyni zamanda məktəbəqədər müəssisə özünün əməli fəaliyyəti üçün xüsusi proqram və metodikanı hazırlayıb Respublika Təhsil Nazirliyi tərəfindən təsdiq olunduqdan sonra tətbiq edə bilər.                   

Məktəbəqədər müəssisə tərbiyəçisi uşaqların tərbiyəsi və təlimi prosesi üzrə metodika seçmək hüququna malikdir.

42.Məktəbəqədər müəssisə məktəblə varisliyi təmin etmək məqsədilə, onunla müntəzəm əlaqə saxlayır.

43.Uşaqlarla aparılan tərbiyə-təlim işini təkmilləşdirmək məqsədilə, məktəbəqədər müəssisələr müxtəlif komplekslərin və birliklərin (uşaq bağçası məktəb və s.) tərkibinə daxil ola bilər. Bu komplekslər və birliklərin fəaliyyəti

onların əsəsnaməsinə müvafiq həyata keçirilir.

44.Məktəbəqədər müəssisə uşaqların fiziki və psixi sağlamlığını, hər bir uşağın yaşını və fərdi xüsusiyyətlərini nəzərə almaqla, emosional və hərtərəfli inkişafı, təlim və tərbiyəsinin optimal sisteminin səmərəliyi üçün məsuliyyət daşıyır. Məktəbəqədər müəssisədə tərbiyə prosesinin psixoloji təminatı psixoloq və psixoloji xidmət tərəfindən həyata keçirilir.

45.Pedaqoji işçilərin hüquq və vəzifələri məktəbəqədər müəssisənin Nizamnaməsi, daxili əmək intizamı qaydaları, vəzifə təlimatları ilə müəyyənləşdirilir.

46.Pedaqoji münasibətlər:

Pedaqoji münasibətlər məktəbəqədər müəssisənin işçi heyətilə uşaqlar, heyətlə valideynlər, heyətlə müdir arasında qarşılıqlı əlaqələri əhatə edir.

47.Tərbiyəçinin vəzifələri:

Tərbiyəçinin vəzifələri aşağıdakılardan ibarətdir:

- uşaqların həyatını qorumaq, onların fiziki və ruhi sağlamlığını möhkəmləndirmək;

- uşaqlara qayğı göstərmək və onların emosional sağlamlığını təmin etmək;

- uşaqların bir-biri ilə əlaqələrini və münasibətlərini tənzimləmək;

- uşaqların məktəbə hazırlanmasını təmin etmək;

- uşaqlarda başqalarının hüquqlarına və böyüklərə hörmət hissi tərbiyə etmək;

- uşağın hərtərəfli inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq ailə ilə qarşılıqlı əlaqə saxlamaq.

48.Məktəbəqədər müəssisənin bütün işçiləri bilavasitə və qismən tərbiyəvi

vəzifələri həyata keçirir və məktəbəqədər müəssisənin qarşısında duran pedaqoji

problemlərin həllinə kömək göstərirlər.

49.Uşağın məktəbəqədər müəssisəyə qəbul edilməsi qüvvədə olan qanunvericilik və hər iki tərəfin razılığı ilə bağlanmış müqavilə əsasında nizama salınır. Müqavilə əsasında üzərlərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi pozulduqda, təhsil şurasına yaxud məhkəməyə şikayət etmək olar.    
             

VII. Məktəbəqədər tərbiyə müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti 
 

50.Nazirliyin və rayon (şəhər ) təhsil şöbələrinin tabeliyində olan məktəbəqədər uşaq müəssisələri respublika və yaxud yerli büdcədən ayrılan maliyyə vəsaiti hesabına fəaliyyət göstərir.

Özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların tabeliyində və balansında olan məktəbəqədər uşaq müəssisələri onların vəsaiti hesabına fəaliyyət göstərir.

Məktəbəqədər uşaq müəssisələri büdcədənkənar vəsait də əldə edə bilərlər (sponsorlardan daxil olan vəsait və s.).

Məktəbəqədər uşaq müəssisəsində uşağın saxlanılması üçün verilən valideyn haqqının ödənilməsi qüvvədə olan normativ sənədlər əsasında həyata keçirilir.

51.Məktəbəqədər müəssisə uşaqlara xarici dilin öyrədilməsi, xoreoqrafiya, ritmik məşğələlər, həmçinin digər əlavə xidmətlər də göstərə bilər ki, buna da müəyyən olunmuş qaydada icazə verilir.

Məktəbəqədər müəssisələrdə pullu xidmət göstərilməsi təcrübəsinin genişləndirilməsi həyata keçirilmir.

52.Məktəbəqədər uşaq müəssisəsində büdcədənkənar vəsait hesabına maddi həvəsləndirmə, istehsalat və sosial inkişaf, valyuta ayrılmaları fondları müəyyən olunmuş qaydada yaradıla bilər. 
 

VIII. Əməyin təşkili və əmək haqqının ödənilməsi sahəsində məktəbəqədər
müəssisənin hüquqları
 

53.Məktəbəqədər uşaq müəssisəsində əməyin təşkili və əmək haqqının ödənilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qadada həyata keçirilir.  


IX. Maliyyələşmə, uçot, hesabat və nəzarət
 

 

54.Məktəbəqədər müəssisə mühasibat və statistik hesabat hazırlayır və onu müəyyən olunmuş müddətdə orqanlara göndərir.

55.Məktəbəqədər müəssisənin rəhbərliyi və əmək kollektivinin hər bir üzvü

öz səlahiyyəti daxilində pedaqoji keyfiyyəti, qanunçuluğa riayət olunması, müqavilə, maliyyə intizamının gözlənilməsinə qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyır.

56.Maliyyə-təsərrüfat fəaliyyətinin təftişi mövcud qanunvericiliyə müvafiq olaraq, təhsil şöbələri, məktəbəqədər müəssisənin tabeliyində olduğu idarə, müəssisə, təşkilatlar və maliyyə-bank orqanları tərəfindən müəyyən olunmuş müddətlərdə həyata keçirilir.

57.Plandankənar təftiş məktəbəqədər müəssisənin əmək kollektivinin, valideyn komitəsinin, ümumi yığıncağın, pedaqoji şuranın və hüquq orqanlarının tələbi ilə keçirilə bilər.

58.Təftişlərin və yoxlamaların bütün növləri pedaqoji prosesin və təsərrüfat fəaliyyətinin effektliyinin yüksəldilməsinə təsir göstərməli, məktəbəqədər müəssisənin işinin ahəngini pozmamalıdır. Təftiş və yoxlamaların nəticələri haqqında yoxlayıcılar tərəfindən əmək kollektivinə məlumat verilməlidir.   

 

X. Məktəbəqədər müəssisənin yaradılması, yenidən təşkili  və fəaliyyətinin dayandırılması 
 

59.Məktəbəqədər müəssisə müvafiq maddi-texniki bazaya, büdcə vəsaitinə, uşaq kollektivinə, kadr potensialına malik olduqda, yerli icra hakimiyyətləri, idarə, müəssisə və təşkilatlar tərəfindən və yaxud vətəndaşların arzusu ilə müəyyən olunmuş qaydada yaradılır.

60.Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, məktəbəqədər müəssisə yerli icra hakimiyyətlərinin və təsisçinin təqdimatına əsasən, Təhsil Nazirliyində qeydiyyata alındıqdan sonra hüquqi şəxs sayılır.

61.Məktəbəqədər müəssisənin yenidən təşkili, təhsil şöbələrinin, idarə, müəssisə və təşkilatların təqdimatı əsasında müəssisələrin tipinin dəyişdirilməsi, maddi-texniki baza, uşaq kontingentinin, pedaqoji kadrların mövcudluğundan asılı olaraq, qanunvericiliklə müvafiq qaydada həyata keçirilə bilər.

62.Məktəbəqədər müəssisənin fəaliyyəti aşağıdakı hallarda dayandırıla bilər:

- onun gələcək fəaliyyətinə ehtiyac aradan qalxarsa və müəssisəni yenidən təşkil etmək mümkün olmazsa ;

- onun xidmətinə ehtiyac azalıbsa və məktəbəqədər müəssisədə qalmış uşaqların sayı normadan azdırsa;

- müəssisə əsaslı təmirə qoyularsa;

- fövqəladə hallarda;

- məhkəmənin və arbitraj məhkəməsinin qərarı ilə.

Məktəbəqədər müəssisənin fəaliyyətinin dayandırılması yerli təhsil orqanlarının təqdimatına əsasən, nazirliyin əmri ilə həyata keçirilir.

63.Məktəbəqədər müəssisənin yenidən təşkili və ləğvi zamanı yuxarı orqan işdən azad olunan işçilərə onların Azərbaycan Respublikası Konstitusiyası və Əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş hüquqlarına zəmanət verir.

64.Məktəbəqədər müəssisə təmirə bağlananda, onun işçiləri müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məktəbəqədər müəssisələrdə və ya başqa tədris-təlim müəssisələrində orta əmək haqqı saxlanılmaqla öz ixtisaslarına uyğun işə düzəlirlər.

65.Müvafiq boş yerlər olmadıqda, həmin müəssisələrin işçilərinə müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmir dövründə əmək haqqı ödənilmədən məzuniyyət verilir. Bununla da onların ixtisası üzrə ümumi və fasiləsiz iş stajları saxlanılır.                      
                          

XI. Məktəbəqədər müəssisənin hüquqi müstəqilliyi 
 

66.Məktəbəqədər müəssisə tabeliyindən asılı olmayaraq, özünün adı, Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuş möhürü, ştampı müəyyən olunmuş nümunədə lövhəsi olan hüquqi şəxsdir.

67.Məktəbəqədər müəssisələr təhsil qanunvericiliyi və tərbiyə-təlim müəssisənin buna müvafiq olan nizamnaməsi əsasında idarə olunur. Nizamnamə müəssisənin şurasında təsdiq edilir və müvafiq olaraq təhsil nazirliyində və yerli təhsil orqanlarında qeydiyyatdan keçirilir. Nizamnaməsi qeydiyyatdan keçməmiş tərbiyə-təlim müəssisəsi hüquqi şəxs sayılmır.

68.Məktəbəqədər müəssisə Təhsil qanununa müvafiq qaydada xarici ölkələrin təhsil müəssisələri ilə münasibətlər yarada bilər.