“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsasnamə (2016)
Naxçıvan MR təhsil nazirinə, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirlərinə, internat məktəblərinin, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan yaradıcılıq mərkəzlərinin direktorlarına
Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 18 noyabr 2010-cu il tarixli, 123 nömrli əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda uşaq yaradıcılıq müsabiqəsi 6-cı ildir ki, keçirilir. Fövqəladə Hallar Nazirliyinin 18 oktyabr 2016-cı il tarixli 088 nömrəli əmri ilə cari ildə də VI respublika uşaq yaradıcılıq müsabiqəsi keçiriləcəkdir.
Müsabiqə ümumtəhsil və internat məktəblərinin I - XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçiriləcəkdir.
“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin əsasnaməsi əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində (www.edu.gov.az) “Sənədlər” bölməsində verilmişdir.
Respublika mərhələsinə işlər müsabiqənin əsasnaməsinin tələblərinə tam uyğun olmaqla Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçilməlidir. Müsabiqənin qalibləri haqqında məlumatlar 15 noyabr 2016-cı il tarixədək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir.
“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinə Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim ediləcəkdir.
Müsabiqə ilə əlaqədar tabeliyinizdə olan təhsil müəssisələrini məlumatlandırmağınız, məktəblilərin bu müsabiqədə fəal iştirakını təmin etməyiniz xahiş olunur.
Müsabiqənin rayon (şəhər) mərhələsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə yaradıb, müvafiq tədbirlər görmək və seçilmiş işlərin vaxtında Fövqəladə Hallar Nazirliynə göndərilməsini təmin etmək, respublika mərhələsinə göndərilmiş işlərin adlı siyahısını məktubla Təhsil Nazirliyinə bildirməyiniz xahiş olunur.
Firudin Qurbanov,
Azərbaycan Respublikası
təhsil nazirinin müavini
07 noyabr 2016-cı il
№03-07-8069/16
“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsasnamə
1. Ümumi müddəalar
1.1. “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq dekorativ, yaradıcı, texniki və intellektual yaradıcılıq müsabiqəsi ümumtəhsil məktəblərinin şagirdləri arasında fərdi-komanda birincilik yarışıdır.
1.2. Tədbir Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
1.3. Hazırlıq və müsabiqənin keçirilməsi ilə bağlı işlər təşkilat komitəsi tərəfindən görülür.
1.4. Müsabiqə Fövqəladə Hallar Nazirliyinin əmri əsasında keçirilir. Əmrdə müsabiqənin keçirilməsi müddəti və yeri göstərilir.
1.5. Müsabiqə aşağıdakı məqsədlər üçün keçirilir:
- uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi;
- istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək;
- yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi;
- uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək.
2. Müsabiqə iştirakçıları
2.1. Müsabiqədə aşağıdakılar iştirak edə bilər:
- Ümumtəhsil və internat məktəblərinin I-XI sinif şagirdləri (lisey, gimnaziya və s. daxil olmaqla).
2.2. Bütün iştirakçılar bir komandada birləşərək təhsil aldıqları rayonu təmsil edirlər.
3. Müsabiqənin keçirilmə mərhələləri
3.1. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
- “Rəsm”
- “Plakat”
- “Əl işi”
- “Yanğın və qəza-xilasetmə texnikasının modeli”
- “Yumşaq oyuncaq”
3.2. Müsabiqə iştirakçılarının iş tematikası Əlavə 1-də göstərilmişdir.
3.3. İştirakçılara verilən iş münsiflər heyətinin protokolu ilə müşayiət olunur.
3.4. Mərhələlərin keçirilməsi vaxtı və iştirakçıların sərgiyə gəlişi əlavə olaraq bildirilir. Sərginin fəaliyyət dövründə tamaşaçı rəğbəti müsabiqəsi də keçirilir.
4. İşin tərtibatı üçün tələblər və iştirakın şərtləri
4.1. “Rəsm”, “Plakat” nominasiyaları
4.1.1. Hər rayon üzrə 7 rəsm və 7 plakat təqdim olunur.
4.1.2. Bütün işlər qalın vatman və ya bərk kartonda olmalı, xüsusi şüşəsiz çərçivəyə salınmalıdır. İşin perimetrinə uyğun dekorativ çərçivələrin hazırlanmasına da icazə verilir. Rəsmlərin arxasına asılqan və ya ilgək (petlə) bərkidilməlidir.
Rəsmin formatı: eni 40 sm, uzunluğu 60 sm.
Plakatın formatı reqlamentləşdirilmir.
Rəsmin arxa tərəfində aşağı hissədə sağda ayrıca ağ kağızda, 9x12 ölçüdə üzərində aşağıdakı mətn yazılan lövhə olmalıdır:
- işin adı, yerinə yetirilmə texnikası;
- müəllifin adı, soyadı, doğum tarixi;
- məktəb, sinif, ünvan
4.2. Münsiflər heyəti qiymətləndirir:
“Rəsm”: verilmiş mövzuya uyğunluğu, yaradıcı işi, orijinallığı, işin görülmə keyfiyyəti;
“Plakat”: aktuallığı, kompozisiyanın tamamlanması və savadlılıq, lakoniklik və təsvirin yığcamlılığı, işin təqdim edilmə orijinallığı.
4.3. “Əl işi” və “Yumşaq oyuncaq” nominasiyası
4.3.1. Hər rayon üzrə 4 əl işi və 4 yumşaq oyuncaq təqdim olunur.
4.3.2. İşlərin ölçüləri və yerinə yetirilmə texnikası reqlamentləşdirilmir.
4.3.3. Münsiflər heyəti qiymətləndirir: verilmiş mövzuya uyğunluğu, yaradıcı işi, orijinallıq, işin görülmə keyfiyyəti.
4.4. “Yanğın, qəza-xilasetmə texnikasının modeli” nominasiyası
4.4.1. Hər rayon üzrə 4 iş təqdim olunur.
4.4.2.Yanğın, qəza-xilasetmə texnikasının müxtəlif modelləri (keçmiş, indiki, gələcək) yerinə yetirilir. Material: kağız (karton), plastilin, ağac və s.
4.4.3. Münsiflər heyəti qiymətləndirir:
proporsiya və formalara əməl olunması;
işin görülmə keyfiyyəti;
material seçimi;
rəng seçimi.
5. Nəticələrin hesablanması
5.1. Qaliblər fərdi və komanda (ümumrayon) yoxlamalarından keçdikdən sonra müəyyən olunur. Müstəqil işləri isə münsiflər heyəti ayrıca qiymətləndirir.
5.2. Fərdi zaçotda müsabiqənin qalibləri aşağıdakılar olur:
- “Əl işi” və “Yumşaq oyuncaq”, “Yanğın və qəza-xilasetmə texnikasının modeli”, “Rəsm”, “Plakat”.
Yuxarıda göstərilən 4 müsabiqənin hər birindən tamaşaçı rəğbəti qazanan 1 iştirakçı.
Ümumkomanda (rayon) birinciliyi verilən işlərə görə fərdi yarışlarda qazanılan prizlərin sayı ilə müəyyən olunur.
Qeyd: Əgər komanda Əsasnamədə göstərilənlərdən az sayda iş təqdim etsə, hər təqdim olunmayan iş üçün 0,5 cərimə balı çıxılır. Nəticədə alınan məlumatlar əsasında ümumkomanda birinciliyinin qalibi müəyyənləşir.
6. Qaliblərin mükafatlandırılması
6.1. Qiymətli hədiyyə və diplomlarla mükafatlandırılırlar:
“Əl işi”, “Yanğın və qəza-xilasetmə texnikasının modeli”, “Rəsm”, “Plakat”;
ümumkomanda yarışlarında 1, 2, 3-cü yerləri tutanlar.
Hər nominasiya üzrə 2 iştirakçıya həvəsləndirici priz verilir.
Hər nominasiya üzrə tamaşaçı rəğbəti qazanmış 1 iştirakçıya hədiyyə verilir.
6.2. Təşkilat komitəsi iştirakçılar üçün əlavə hədiyyə və diplom vermək hüququna malikdir.
6.3. Müsabiqə bitdikdən sonra işlər geri qaytarılır. Təqdim olunan eksponatların sərgi boyu mühafizəsinə tam zəmanət verilir.
7. Maliyyələşdirilmə
7.1. Müsabiqənin maliyyələşdirilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.
Əlavə:
1. Baxış-müsabiqənin keçirilmə tematikası
2. “Fəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin keçirilməsi haqqında məlumat