• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 7.4.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə:

 

1. “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).


2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında (bundan sonra - Tədbirlər Planı) nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin.


3. Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə icrasının təmin edilməsi üçün aidiyyəti qurumlar fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə yarımillik və illik məlumatları hesabat dövrü başa çatdıqdan sonrakı 10 (on) iş günü ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təqdim etsinlər.


4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə aidiyyəti qurumlardan daxil olmuş məlumatları ümumiləşdirərək, ildə 2 (iki) dəfə hesabat dövrü başa çatdıqdan sonrakı 1 (bir) ay ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.


5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş Naziri

Əli Əsədov

Bakı şəhəri, 31 may 2020-ci il