• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2024-2025-ci tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Ümumi təhsil müəssisələrinin təmayül siniflərində tədris prosesini təşkil etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq  əmr edirəm:
 

1. Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2024-2025-ci tədris ili üçün tədris planları və tədris planlarına dair qeydlər (1-29 nömrəli əlavələr) təsdiq edilsin. 

2. Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin aidiyyəti struktur bölmə və qurumlara göndərilməsini təmin etsin.

3. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunsun. 


Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
23 iyul  2024-cü il
3-29/3-2-500F/2024