Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri
Ümumi təhsil müəssisələrinin təmayül siniflərində tədris prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq əmr edirəm:
1. Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2022-2023-cü tədris ili üçün tədris planları və tədris planlarına dair qeydlər (1-29 nömrəli əlavələr) təsdiq edilsin.
2. Elm və Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (Rəşad Xanlarov) tapşırılsın ki, bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.
3. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr sektoruna (Cəsarət Valehov) tapşırılsın ki, bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Firudin QURBANOV,
Azərbaycan Respublikasının elm və təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən,
nazir müavini
10 avqust 2022-ci il
F-480