• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 3.1.16-cı və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:


1. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilsin. 

2. Müsabiqə mövzuları, qiymətləndirmə meyarları və ölkə mərhələsi üzrə müsabiqə komissiyasının tərkibi təsdiq edilsin (1, 2 və 3 nömrəli əlavələr). 

3. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil edilsin: 
3.1. Müsabiqənin ilk mərhələsi 2024-cü ilin fevral–mart ayında rayon və şəhərlərdə; 
3.2. ölkə mərhələsi 2024-cü ilin aprel ayında Bakı şəhərində keçirilsin.

4. Müsabiqənin ölkə mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin: 
4.1. Bakı şəhərindən – 12 (on iki) nəfər; 
4.2. Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən və Abşeron rayonundan – 2 (iki) nəfər; 
4.3. digər şəhər və rayonların hər birindən – 1 (bir) nəfər; 
4.4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birbaşa tabeliyindəki, digər qurumların tabeliyində olan və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə – 10 (on) nəfər.   

5. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) təhsilalanların qeydiyyatının və iştirakçılar barədə məlumatların hazırlanmasının həyata keçirilməsi üçün portal.edu.az platformasında müvafiq funksionallığı təmin etsin. 

6. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov), Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri:  
6.1. aidiyyəti ümumi təhsil müəssisələri üzrə müsabiqənin rayon (şəhər) mərhələsinin təşkilini və iştirakçılar barədə məlumatların (şagirdin soyadı, adı, atasının adı, oxuduğu ümumi təhsil müəssisəsi, sinfi, şəxsiyyət vəsiqəsinin FİN kodu, UTİS kodu) portal.edu.az saytına yerləşdirilməsini təmin etsinlər; 
6.2. müsabiqənin rayon (şəhər) mərhələsinin təşkili üçün işçi qrupu və müsabiqə komissiyası yaratsınlar, müvafiq meyarlar əsasında iştirakçıların çıxışını qiymətləndirib rayon (şəhər) mərhələsinin qaliblərini müəyyən etsinlər;  
6.3. müsabiqənin rayon (şəhər) mərhələsində iştirak edəcək təhsilalanların çıxışlarının videoqeydinin aparılmasını təmin etsinlər. 

7. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) və Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) müsabiqənin ölkə mərhələsinin təşkilini təmin etsinlər.  

8. Müsabiqənin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılsın. 

9. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov):  
9.1. müsabiqənin ölkə mərhələsinin nəticələri barədə əmr layihəsini müsabiqə başa çatdıqdan sonra 3 (üç) gün müddətinə hazırlayıb rəhbərliyə təqdim etsin;
9.2. müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin. 

10. Maliyyə şöbəsi (Rauf Orucov) və Təhsilin iqtisadiyyatı şöbəsi (İlqar Bayramlı) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Təsərrüfathesablı  Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsinlər. 

11. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) müsabiqənin yekun tədbirinin təşkili, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.  

12. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) əmrin və 1,2 nömrəli əlavələrinin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin. 

13. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) əmrin və 1,2 nömrəli əlavələrinin müvafiq struktur bölmələrə və yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını təmin etsin. 

14. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun. 


Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
22 fevral 2024-cü il
3-29/3-2-87F/2024